/ / Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv olan şirkətlərin nümayəndələri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüblər
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv olan şirkətlərin nümayəndələri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüblər
19.12.2013 [09:25]
Dekabrın 18-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvü olan şirkətlərin nümayəndələri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşüblər.
AzərTAc xəbər verir ki, tədbiri açan CEIBC-nin baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat verib. T.Əliyev gələn il “Caspian Energy İnternational Media”nın 15 illiyinin tamam olacağını və bu münasibətlə Bakıda “Caspian Energy” forumu keçiriləcəyini bildirib.
Daha sonra çıxış edən səfir R.Morninqstar dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının əhəmiyyətindən danışıb.
Səfir deyib: “Bu sənədin imzalanması qaz dəhlizinin reallığa çevrilməsi deməkdir. ABŞ hökuməti bu qərarı çox müsbət qarşılayır. Bu nəticənin əldə edilməsi üçün onilliklər boyu dövlət və özəl şirkətlər arasında danışıqlar aparılıb”.
R.Morninqstar “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının təkcə Azərbaycana deyil, həm də Gürcüstana, Türkiyəyə, Yunanıstana və digər Avropa ölkələrinə də mənfəət gətirəcəyinə əminliyini ifadə edib.
“Bu sənədin imzalanması ilə Azərbaycan regionda öz mövqeyini daha da möhkəmləndirib. Azərbaycan neftlə yanaşı, artıq beynəlxalq bazara qaz ixrac edən ölkəyə çevriləcək və bu da respublikanın müstəqilliyi və suverenliyi üçün çox vacib amildir”, - deyə səfir əlavə edib.
Diplomat bildirib ki, Xəzər qazının beynəlxalq bazara çıxarılması qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
R.Morninqstar ilk dəfə Azərbaycana 1995-ci ildə gəldiyini bildirərək, ölkənin son illərdə sürətli inkişafını yüksək qiymətləndirib.
Çıxışlardan sonra T.Əliyev səfirə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü sertifikatını təqdim edib.
Jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualını cavablandıran ABŞ səfiri problemin nizamlanmasında hər iki ölkə prezidentlərinin müzakirələri davam etdirməsinin vacib olduğunu qeyd edib. O, ABŞ-ın Minsk qrupu həmsədri kimi münaqişənin nizamlanmasında səylərini davam etdirəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05

