/ / Almaniyanın “Diplomatisches Magazin” jurnalında “Azərbaycan 2013 prezident seçkilərindən sonra: Xəzərin qoynunda dayanaqlı iqtisadi inkişaf davam edir” sərlövhəli məqalə dərc olunub
Almaniyanın “Diplomatisches Magazin” jurnalında “Azərbaycan 2013 prezident seçkilərindən sonra: Xəzərin qoynunda dayanaqlı iqtisadi inkişaf davam edir” sərlövhəli məqalə dərc olunub
20.12.2013 [09:36]
Almaniyanın “Diplomatisches Magazin” jurnalının dekabr buraxılışında Berlin Azad Universitetinin Xəzər regionunun öyrənilməsi üzrə tədqiqat mərkəzinin assosiativ üzvü, alman politoloqu Matthias Dornfeldin “Azərbaycan 2013 prezident seçkilərindən sonra: Xəzərin qoynunda dayanaqlı iqtisadi inkişaf davam edir” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan balanslaşdırılmış və strateji enerji siyasəti, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin rəsmi Bakının planlı şəkildə həyata keçirdiyi iqtisadi islahatlar sayəsində Cənubi Qafqaz regionunun ən güclü və inkişaf etmiş dövlətinə çevrilib. Müəllif xatırladır ki, SSRİ-nin süqutundan sonra daxili siyasi böhran və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin iqtisadiyyatı çox geridə qalmışdı. Lakin qısa zaman kəsiyində ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə dirçəlişə nail olub. Məqalədə hazırda Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində region ölkələri və dünyanın super dövlətləri ilə düzgün münasibətlərin qurulduğu xüsusi qeyd olunur.
Yazıda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki rolundan, ölkəmizin təşəbbüsü və iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi uğurlu layihələrin həyata keçirilməsindən söhbət açılır, “Cənub” qaz dəhlizinin geostrateji əhəmiyyəti vurğulanır. Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələrinin istifadəyə verilməsindən sonra isə Azərbaycan təbii qazının əhəmiyyətli hissəsinin Avropanın daxili bazarına çıxacağı diqqətə çatdırılır. Məqalədə bildirilir ki, ölkənin güclü iqtisadi təməli siyasi sabitliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirir. Müəllif əlavə edir ki, bütün bu nailiyyətlər son dövrlərdə Azərbaycan hökuməti tərəfindən əldə olunub.
Ölkədə keçirilmiş növbəti prezident seçkilərindən söz açan alman politoloq Matthias Dornfeld seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, demokratik və şəffaf mühitdə keçirildiyini qeyd edir. Müəllif diqqətə çatdırır ki, bu fakt beynəlxalq müşahidəçilərin açıqlamalarında və yekun məruzələrində də əksini tapıb. Məqalədə deyilir: “Mütləq səs çoxluğu ilə üçüncü dəfə Azərbaycanın Prezidenti seçilmiş İlham Əliyev bununla səmərəli iqtisadi və xarici siyasətin davam etdirilməsi üçün xalqının etimadını qazanmışdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

