/ / Bolqarıstanın “Avropa 2001” jurnalında III Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc olunub
Bolqarıstanın “Avropa 2001” jurnalında III Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc olunub
10.01.2014 [09:38]
Bolqarıstanın “Avropa 2001” jurnalının Avropa İttifaqına həsr olunmuş 20 illik yubiley buraxılışının ilk səhifələrində nəşrin baş redaktoru, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Veneta Gençevanın “Bakıda Humanitar Forum” sərlövhəli geniş məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, III Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 5 beynəlxalq təşkilatı təmsil edən 800 nəfər iştirak edib.
Diqqətə çatdırılır ki, açılış mərasimi müasir üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzində keçirilən Humanitar Forumda dünyanın tanınmış ictimai-siyasi xadimləri, 13 Nobel mükafatı laureatı, sabiq prezidentlər, jurnalistlər iştirak ediblər. Forumun XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar sahədə əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş aspektli dialoq, fikir mübadiləsi və müzakirələr aparmaq üçün əlverişli imkan yaratdığı bildirilir. V.Gençeva yazır ki, Forumun açılışında nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ölkədə multikulturalizmin dövlət siyasəti olduğunu vurğulayıb.
Azərbaycanın çox qədim ölkə olduğunu, Şərq və Qərb arasında körpü rolunu oynadığını, tarixi İpək Yolunun üzərində yerləşdiyini vurğulayan müəllif ölkənin regiondakı vacib geostrateji mövqeyi, uğurlu islahatlar nəticəsində sürətli iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyinin təminatında rolu haqqında məlumat verib.
Məqalədə Bakı şəhərinin beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrildiyi vurğulanır. Bakının gözəlliyindən yazan müəllif paytaxtın qədimliyinin və müasirliyinin harmoniya təşkil etdiyini bildirir. O vurğulayır ki, Bakıda son illər tikinti, quruculuq işləri aparılsa da, paytaxtın tarixi yerləri orijinallığını qoruyub saxlayır.
Məqalədə, həmçinin Forum iştirakçılarının Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Quba şəhərlərinə səfər etdikləri bildirilir, onların Azərbaycan xalqının qonaqpərvərliyinə və milli mətbəxin zənginliyinə heyran qaldıqları vurğulanır.
Jurnalda dünya ölkələrinin mətbəxinə həsr olunmuş bölmədə Azərbaycan mətbəxinə də geniş yer ayrılıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

