Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
23.01.2014 [10:29]
Yanvarın 22-də Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda əvvəlcə komitənin yaz sessiyasında qanunvericilik işləri planı təsdiqlənib.
Komitənin sədri Ziyafət Əsgərov deyib ki, təhlükəsizlik və müdafiə komitəsi yaz sessiyasında parlamentə baxılması üçün iki yeni qanun layihəsi təqdim edəcək. Bildirilib ki, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihələri hazırlanır. Hər iki layihə ilə bağlı əlaqədar qurumlar müsbət rəy verib.
Müzakirələr zamanı çıxış edən deputatlar təhlükəsizlik və müdafiə sahəsində mövcud qanunvericiliyin monitorinqini aparan qrupun fəaliyyətinin yüksəldilməsini, komitənin əlaqədar qurumlarla əməkdaşlığının genişləndirilməsini, eləcə də gələcəkdə bəzi hüquqi sənədlərə əlavə və dəyişikliklər olunmasını təklif ediblər.
İclasda “Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsinə dair qanun layihəsinə də baxılıb. Bildirilib ki, ötən ilin noyabrında Ankarada imzalanan Sazişə əsasən tərəflər qüvvədə olan milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq transmilli cinayətkarlıq, xüsusilə də terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq edəcək.
Daha sonra “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsinə baxılıb. Bildirilib ki, sənəd 2005-ci ilin mayında Varşavada imzalanıb. İndiyədək ölkəmiz bu sahədə BMT-nin 15-ə yaxın sənədini ratifikasiya edib. Buna baxmayaraq, dünyada terror təhlükəsinin artması və coğrafiyasının genişlənməsi dövlətlərin bu istiqamətdə fəaliyyəti gücləndirməsini zəruri edir. Azərbaycan da erməni terrorundan əziyyət çəkən ölkə kimi dünyada terrorçuluğun qarşısının alınması istiqamətində həyata keçirilən layihələrdə, tədbirlərdə yaxından iştirak edir. Ölkəmiz bu Konvensiyaya da xüsusi bəyanatla qoşulur. Bu bəyanata görə, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad edilənədək təminat vermir.
Müzakirələrdən sonra hər iki sənəd təsdiqlənməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

