Parlamentin növbədənkənar sessiyası başlayıb
06.06.2026 [11:21]
Sessiyanın ilk iclasında 8 qanun layihəsi qəbul edilib
İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb. Sessiyanın ilk iclasının gündəliyinə 8 məsələ daxil edilib.
Əvvəlcə spiker Sahibə Qafarova iyunun 1-dən 3-dək Serbiya Respublikasına işgüzar səfəri barədə məlumat verib. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək olub. Tədbir “Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” mövzusuna həsr edilmişdi. “Konfransda etdiyim çıxışda mən Azərbaycanda qadınlar barəsində həyata keçirilən dövlət siyasətinə dair tədbir iştirakçılarına geniş məlumat verdim. Həyatın bütün sahələrində qadınların təmsilçiliyinin artırılması istiqamətində görülən işlərdən danışdım. O cümlədən, Milli Məclisdə qadınların təmsil olunması və parlamentin fəaliyyətində qadın deputatların iştirakı ilə bağlı faktları nəzərə çatdırdım”- deyən S.Qafarova işgüzar səfəri uğurlu hesab edib.
Sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub. Əvvəlcə “Diplomatik xidmət haqqında” Qanunda dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.
Sonra “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun icrası ilə əlaqədar bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə edilib. Sənədə görə, korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi gücləndirilir, dövlət və bələdiyyə qulluqçuları üçün yeni hesabatlılıq mexanizmləri tətbiq olunur. Belə ki, layihəyə əsasən, korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin attestasiyası zamanı həmin prosesdə korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli struktur bölmənin və ya şəxsin iştirakı qadağan edilir. Eyni zamanda, belə məlumat vermiş şəxslərə qarşı qisas məqsədilə intizam tədbirləri tətbiq edilərkən irəli sürülən dəlillərin sübut olunması yükü işəgötürənin üzərinə düşəcək.
Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə qulluqçuları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlərlə bağlı hallarda birbaşa rəhbər əvəzinə korrupsiyaya qarşı mübarizə sahəsində nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə və ya şəxsə məlumat verməli olacaq. Həmçinin hədiyyələrin qəbulu, maraqlar toqquşması və etik davranış qaydaları ilə bağlı məsələlərdə də eyni mexanizm tətbiq ediləcək.
Layihə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normaların uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Sonra “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edilməsi haqqında layihə birinci oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır. Nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir. Bu dəyişiklikdən sonra “Dövlət qulluğu haqqında” qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi “Dövlət qulluğu haqqında” qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, əmlakı üzərinə həbs qoyulan şəxslərlə də bağlı Cinayət-Prosessual Məcəlləsində bəzi dəyişiklik edilir. Bununla bağlı təqdim olunan qanun layihəsinə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılacaqlar. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində şəxsin göstərilən müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edəcək.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
İclasda, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişikliklər məsələsi ikinci oxunuşda qəbul edilib. Layihədə təklif olunan dəyişikliklər əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha səmərəli tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliyinin artırılmasına, istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edir. Qeyd edilib ki, sənəd kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin hüquqi əsasının və bundan irəli gələrək götürmənin mexanizminin yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, deputatlar iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

