/ / Azərbaycan ilə Macarıstan arasında əməkdaşlığın və ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub
Azərbaycan ilə Macarıstan arasında əməkdaşlığın və ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub
28.01.2014 [09:22]
Yanvarın 27-də Bakı Biznes Mərkəzində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdən əvvəl Macarıstan nümayəndə heyəti Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafından bəhs edən sərgi ilə tanış olub.
Görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb və əməkdaşlığın hüquq-müqavilə bazası yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. İKT, turizm, təhsil sahəsində sahələrarası sənədlər razılaşdırılıb, bir sıra ikitərəfli sənədlər, o cümlədən nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində sənədlər müzakirə mərhələsindədir.
Görüşdə bildirilib ki, ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühit, mədəniyyət, turizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir, ticarət əlaqələri genişlənir. Ötən il ticarət dövriyyəsinin həcmi 40 faizə yaxın artıb. Növbəti iclası yanvarın 28-də Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyəti əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto Azərbaycana növbəti səfərindən, ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Macarıstanın Azərbaycanla kənd təsərrüfatı, ərzaq məhsullarının emalı və heyvandarlıq sahələrində uğurlu əməkdaşlıq etdiyini deyən P.Siyarto səhiyyə, kənd təsərrüfatı, turizm, enerji sahələrində də əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, bu potensialdan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində mövcud vəziyyət və əməkdaşlığın inkişafı imkanları, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

