/ / Dövlət İdarəçilik Akademiyasında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Dövlət İdarəçilik Akademiyasında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
30.01.2014 [09:54]
Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.
Əvvəlcə M.Ə.Rəsulzadə haqqında sənədli film nümayiş etdirilib.
Dövlət İdarəçilik Akademiyasından AzərTAc-a bildiriblər ki, konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətindən danışıb.
Rektor görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti barədə fikirlərini bölüşüb.
Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev kimi şəxsiyyətlər Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıblar.
Akademik U.Ələkbərov cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlərin həyata keçirildiyini, Müsəlman Şərqində ilk demokratik parlamentin formalaşdığını və digər tarixi faktları xatırladıb.
Professorlar Etibar Nəcəfov “Azərbaycanın ictimai-siyasi fikrində Məhəmməd Əmin Rəsulzadənin yeri”, Musa Quliyev “Azərbaycan istiqlal hərəkatı və Məhəmməd Əmin Rəsulzadə”, dosentlər Rahib Əkbərov “Milli-hüquqi dövlət quruculuğunda Məhəmməd Əmin Rəsulzadənin rolu”, Rəna Bayramova “Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti” mövzularında məruzələr ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

