Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir

ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir

11.08.2026 [13:25]

Türkiyənin aparıcı televiziya kanalları, xəbər agentlikləri və çap mediası Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü münasibətilə ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatını işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, milyonlarla izləyici və oxucunun diqqəti Cənubi Qafqazda sülh prosesinin əhəmiyyətinə yönəldilib və Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı açıqlamasına istinad edilib.

Qardaş ölkənin media orqanları tərəflərin Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyin qorunması səylərini qeyd edərək, həmçinin Bakı və İrəvanın münasibətləri normallaşdırmaq, sərhədlərin delimitasiyası və uzunmüddətli sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimad yaratmaq istiqamətində atdıqları addımlar barədə məlumat verib.

Medianın materiallarında Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) konsepsiyadan praktik şəkildə həyata keçirilməsindən bəhs olunur.

Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin Nobel Sülh Mükafatına namizədliyini birgə irəli sürmələri də xatırladılır.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31