Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
22.02.2014 [13:31]
Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadi həyatın bütün sahələrində olduğu kimi, tikinti sektorunda da dinamik inkişaf tempi müşahidə olunur. Qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan tədbirlər, həyata keçirilən irimiqyaslı layihələr tikinti-abadlıq işlərinin həcminin ildən-ilə artmasına, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qalxmasına, əhalinin rifah halının yaxşılaşmasına səbəb olur”.
Qeyd olunanlar bir daha göstərir ki, tikinti sektoru iqtisadiyyatımızda xüsusi rola malikdir. Ona görə də tikintidə keyfiyyət və təhlükəsizlik məsələləri ciddi nəzarətə götürülməlidir. Tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı Ali Məclisdə 2011-ci və 2012-ci illərdə müşavirə keçirilib, geniş müzakirələr aparılıb, aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoyulub. Ötən müddətdə bu sahədə bir çox işlərin görülməsinə baxmayaraq, hələ də bəzi çatışmazlıqlar mövcuddur. Aparılan yoxlamalar zamanı son illər istifadəyə verilmiş yeni tikililərin çoxunda nöqsan və çatışmazlıqlar aşkara çıxarılıb. Bu, onu göstərir ki, tikinti şirkətləri tərəfindən tələskənliyə yol verilir və təsdiq edilmiş standartlara inşaat prosesində əməl olunmur. Keyfiyyətə xüsusi diqqət yetirilməməsi, yaxud tikilənlərin lazımi qaydada qorunmaması səbəbindən istifadəyə verildikdən sonra onların bir çoxunda təmirə ehtiyac yaranır.
Müşavirədə Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış ediblər.
Aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verən Ali Məclisin sədri deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və tikinti təşkilatları ayrılan maliyyə vəsaitindən səmərəli istifadəni təmin etməli, həyata keçirilən tikinti-abadlıq işlərində keyfiyyət amilinə nəzarəti artırmalı, inşaat və dizayn işlərində milli ornamentlərdən istifadəyə xüsusi diqqət yetirməlidirlər.
Müşavirədə Nəqliyyat Nazirliyi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üçün də konkret vəzifələr müəyyənləşdirilib və qeyd olunub ki, ağır yüklərin daşınması zamanı daxili avtomobil yollarının sıradan çıxmasının qarşısını almaq məqsədilə tikinti təşkilatları ilə birlikdə istifadə olunan bütün ağır yüklərin və tikinti materiallarının dəmiryolu vasitəsilə daşınması bundan sonra da davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu sənaye, energetika, nəqliyyat, rabitə, tikinti və tikinti aparılan ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatına və onlardan istifadə edilməsinə, eləcə də baş verən ölüm və ya digər istehsalat xəsarətlərinin araşdırılmasına və tədbir görülməsinə nəzarəti gücləndirməli, profilaktiki işin aparılmasını təmin etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanmasına diqqəti artırmalıdırlar.
Ali Məclisin sədri qarşıdakı dövrlərin tikintidə keyfiyyət dövrü olması və təhlükəsizlik tədbirlərinin ciddi nəzarətə götürülməsinin vacibliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

