Xocalı qətliamını törədənlər gec-tez cəzalandırılacaqlar
27.02.2014 [08:53]
Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Milli Kitabxanasının akt zalında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib.
Mərasimdə Qırğızıstanın dövlət və hökumət strukturlarının təmsilçiləri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, hüquq müdafiə təşkilatlarının, beynəlxalq qurumların nümayəndələri, Azərbaycan diasporunun fəalları, ziyalılar və başqaları iştirak ediblər.
Mərasimdən əvvəl Xocalı soyqırımını əks etdirən fotoşəkillər və kitablardan ibarət sərgi nümayiş olunub, iştirakçılara Xocalı faciəsi ilə bağlı məlumatlar toplusu təqdim edilib.
Mərasimdə Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan Xocalı şəhərinə ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdikləri bildirilib. Qeyd edilib ki, Xocalı soyqırımı XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb.
Səfir Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının, erməni vandalizminin mahiyyətini, ermənilərin iç üzünü açmağın vacibliyini vurğulayıb. Diplomat bu vəhşiliklərin cavabsız qalmayacağını, Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində öz torpaqlarını işğaldan azad edəcəyini və işğalçıların layiqincə cavablarını alacaqlarını bildirib.
Hidayət Orucov deyib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Xocalıda törədilən cinayətlərə siyasi və hüquqi qiymət verilib.
Sonra Qırğız Respublikasının Prezident Aparatının şöbə müdiri xanım Mira Karıbayeva çıxış edərək Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsini pisləyib. M.Karıbayeva ölkələrimiz arasında olan sıx münasibətlərin bundan sonra da davam edəcəyini vurğulayıb və bu sahədə Azərbaycanın Qırğızıstandakı səfirliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Türkiyənin Qırğızıstandakı səfiri Metin Kılıç, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balcı, Böyük Vətən Müharibəsi veteranı Əsəd Həsənov, “Saabat” Tədris Mərkəzinin direktoru Orhan İnandı, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, təhsil işçisi Alla Qurbanova və Qırğızıstan Diplomatik Akademiyasının tələbəsi Elvin Babayev Xocalı soyqırımı və erməni təcavüzü barədə fikirlərini bölüşüblər.
Bildirilib ki, ermənilərin işğalçılıq siyasəti təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Onlar Xocalı soyqırımının Qırğızıstan ictimaiyyətinə daha geniş çatdırılmasının və Qırğızıstan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

