Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələr müzakirə olunub

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələr müzakirə olunub

07.03.2014 [09:23]

Martın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Elmar Məmmədyarov Azərbaycanın İƏT ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.
İyad bin Amin Mədəni fəal üzv kimi Azərbaycanın İƏT-in fəaliyyətinin dəstəklənməsində oynadığı vacib rolun və təşkilatın inkişafına verdiyi töhfənin yüksək qiymətləndirildiyini bildirib.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İƏT-ə təşəkkürünü ifadə edib.
Görüşdə davamlı inkişafa xidmət edən layihələrin icrası və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 939 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31