/ / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Yubiley medalı ilə təltif olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Yubiley medalı ilə təltif olunub
12.03.2014 [09:42]
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yubiley medalı ilə təltif olunub.
Tədbirdə çıxış edən Türkiyənin Avropa İttifaqı (Aİ) üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun Aİ ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Fondun fəaliyyətindən söz açaraq bu günədək mədəniyyət, sosial və iqtisadi sahələrdə 300-ə qədər layihənin icra edildiyini söyləyib, quruma fəaliyyətində uğurlar arzulayıb.
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Bildirib ki, 20 ölkənin təmsil olunduğu Fondun əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elm, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır.
Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ.Safi dövlətimizin başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. O, Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun Yubiley medalı ilə təltif edildiyini bildirib.
Mərasim bədii hissə ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

