/ / Vaşinqtonda Heydər Əliyev Fondunun ABŞ-ın “Urban Alliance” təşkilatı ilə birgə layihəsinin təqdimatı olub
Vaşinqtonda Heydər Əliyev Fondunun ABŞ-ın “Urban Alliance” təşkilatı ilə birgə layihəsinin təqdimatı olub
28.03.2014 [09:13]
Heydər Əliyev Fondu Azərbaycandakı genişmiqyaslı və çoxşaxəli fəaliyyəti ilə paralel olaraq, artıq neçə ildir ki, beynəlxalq səviyyədə qurulan tərəfdaşlığı inkişaf etdirərək müxtəlif xarakterli layihələr reallaşdırır və belə təşəbbüslərin əhatə dairəsi getdikcə daha da artır. Ötən ildən etibarən ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldıqları məktəblərə yönəlmiş xeyriyyə layihəsinə əlavə olaraq cari ildə Heydər Əliyev Fondu tərəfindən Birləşmiş Ştatlarda fəaliyyət göstərən bəzi sosial və xeyriyyə yönümlü qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi planlaşdırılır. Belə layihələrdən biri də ABŞ-ın “Urban Alliance” (Şəhər Alyansı) təşkilatı ilə qurulmuş əməkdaşlığa əsaslanır ki, bu təşkilatın əsas məqsədi ali təhsillərini yenicə tamamlamış gənclərə peşə həyatına aparan yolda təlim və təcrübələr vasitəsilə dəstək olmaqdır.
Bu layihəyə başlanılması münasibətilə “Urban Alliance” təşkilatının Vaşinqtondakı ofisində tədbir keçirilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə Fondun məqsəd və məramlarından söhbət açıb və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurumun ildən-ilə artan fəaliyyəti və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Mehriban Əliyevanın təhsilə ayırdığı diqqət və gənclərə göstərdiyi qayğını xüsusi vurğulayan C.Paşayeva-Seyidzadə bu mənada Heydər Əliyev Fondu və “Urban Alliance” təşkilatının oxşar cəhətlərə malik olduğunu bildirib. “Urban Alliance” təşkilatı ilə birgə layihədən danışan Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi bu layihənin ilk iştirakçılarının seçiminin 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyini və bu münasibətlə Fondun dəstəyi ilə iş təcrübəsi keçəcək birinci üç iştirakçının layihəyə müraciət etmiş gənc qızlar arasından seçildiyini söyləyib.
Sonra Heydər Əliyev Fondunun fəaliyyətini əks edən film nümayiş etdirilib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr və əldə etdiyi uğurlar barədə danışıb. O, Fondun çoxsaylı layihələri arasında qadınların cəmiyyətdəki mövqeyinin güclənməsinə yönəlmiş fəaliyyətini önə çəkərək, Pakistanda inşa edilmiş qızlar məktəbini misal göstərib, eləcə də “Urban Alliance” təşkilatı ilə birgə layihədən bəhrələnəcək birinci üç gəncin məhz qızlar olmasının təsadüfi xarakter daşımadığını söyləmişdir. E.Süleymanov, həmçinin birgə layihənin xalqlarımız arasında əlaqələrin genişlənməsinə xidmət etdiyini bildirib.
“Urban Alliance” təşkilatının idarə heyətinin rəhbəri Mari Zients, prezident İşuana Smit və strateji tərəfdaşlıq üzrə direktoru Meqan Vudberi çıxış edərək qurumun fəaliyyət istiqamətləri haqqında danışıb, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnunluqlarını bildirib və bu əməkdaşlığın uğurlu olacağına inandıqlarını söyləyiblər.
Daha sonra tədbir iştirakçıları “Urban Alliance” təşkilatı haqqında filmə baxıblar.
Xəbər lenti
Hamısına baxDünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03

