/ / Bakıda Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası çərçivəsində “Səmərəli turizm klasterlərinin inkişafı” mövzusunda seminar keçirilib
Bakıda Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası çərçivəsində “Səmərəli turizm klasterlərinin inkişafı” mövzusunda seminar keçirilib
04.04.2014 [09:03]
Aprelin 3-də Bakıda BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) Avropa Komissiyasının 57-ci iclası çərçivəsində “Səmərəli turizm klasterlərinin inkişafı” mövzusunda seminar keçirilib.
AzərTAc xəbər verir ki, seminarda, ümumilikdə, 31 ölkənin, həmçinin Dünya Turizm Təşkilatının nümayəndələri, ekspertləri, Avropa ölkələrinin aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının 57-ci iclasının və seminarın Azərbaycanda təşkil edilməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, bu tədbirlər turizm sahəsində təcrübə və fikir mübadiləsinin aparılması, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, bu tədbirlər Azərbaycanın turizm potensialını Avropada təbliğ etməyə geniş imkan yaradır.
Son illər Azərbaycanda turizmin inkişafı baxımından görülmüş işlərdən söz açan Ə.Qarayev bildirib ki, bu sahənin inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığı əsasında beş il bundan əvvəl əsası qoyulan və bu gün minlərlə turistin ən gözəl istirahət mərkəzinə çevrilmiş Qusardakı Şahdağ Qış-Yay Turizm kompleksinin istifadəyə verilməsini Azərbaycanın turizm sahəsində böyük uğuru kimi qiymətləndirən nazir deyib ki, hazırda bu sahənin inkişafı ilə bağlı işlər davam etdirilir.
Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizin turizmin inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb.
Prezident İlham Əliyevin turizmin inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən natiq vurğulayıb ki, məhz bu işlər nəticəsində Azərbaycanda viza rejimi sadələşdirilib və ölkədə elektron viza sisteminin tətbiqinə başlanılıb. Bütün bunlar olduqca təqdirəlayiq işlərdir.
Dünya Turizm Təşkilatının baş katibi deyib ki, qarşıdakı illərdə Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də digər beynəlxalq tədbirlər ölkənin nüfuzunu artırmaqla yanaşı, buraya gələn turistlərin sayında ciddi artıma da müsbət təsir edəcək.
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai seminarın işinə uğurlar arzulayıb və bir sıra təkliflərini səsləndirib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

