/ / Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
18.04.2014 [10:23]
Aprelin 17-də Azərbaycan Tibb Universitetində (ATU) İran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
AzərTAc xəbər verir ki, görüşdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov son illərdə Azərbaycan ilə İran arasında digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 9-da İrana səfəri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əlaqələrin genişlənməsində mühüm rol oynayıb. Azərbaycan dövlətinin başçısının səhiyyə sahəsinə xüsusi qayğısını diqqətə çatdıran rektor qeyd edib ki, bunun nəticəsində son illərdə ATU-nun 4 yeni klinikası fəaliyyətə başlayıb.
Bildirilib ki, universitetdə Türkiyə, İran, ərəb ölkələri, Hindistan, Pakistan və digər ölkələrdən 1200-dək tələbə təhsil alır. Bu tələbələrdən 300-ə yaxını İran vətəndaşlarıdır. Universitetdə 160-dan çox professor, ümumilikdə isə 1000-dən artıq professor-müəllim heyəti çalışır.
İki təhsil ocağı arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən İran nümayəndə heyətinin başçısı Məhəmmədhüseyn Somi, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq ölkələrimizin ali tibb məktəbləri arasında tələbə mübadiləsinin genişləndirilməsinin bu işə böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Görüşdə çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iki ölkə arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində mühüm rol oynayacağını bildirib.
Sonda Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Elmləri Universiteti arasında əməkdaşlığın genişləndirilməsinə dair müqavilə yenilənib.
Xəbər lenti
Hamısına baxİdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05

