Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilib
22.04.2014 [09:33]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, aprelin 21-də Dövlət Proqramı çərçivəsində Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Ali Məclisin Sədri yeni nasos stansiyasının istismara verilməsi münasibətilə istifadəçiləri təbrik edərək deyib: “Ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Azərbaycan Prezidentinin imzaladığı Fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları bu sahənin inkişafına təkan vermiş, kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Bu gün Azərbaycanda ərzaq təhlükəsizliyi təmin olunmuş, istehsal edilən kənd təsərrüfatı məhsulları tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaranmışdır”.
Ali Məclisin Sədri deyib: “Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, kənd təsərrüfatı məhsullarının istehsalı artmış, ərzaq təhlükəsizliyi təmin edilmişdir. Sədərək rayonunda nasos stansiyasının tikilməsi və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə görülən işlərin davamıdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən layihənin icrasına 5 milyon manata yaxın kredit ayrılmışdır. Layihədə nəzərdə tutulan tədbirlər keyfiyyətlə və qısa müddətdə başa çatdırılmış, yeni nasos stansiyası tikilmişdir. Bu da Sədərək rayonunda əkinəyararlı torpaqların 40 faizinin dayanıqlı suvarma suyu ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda, yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılmışdır. Görülən bu işlər kənd təsərrüfatının inkişafına, məhsul istehsalının artmasına və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradacaqdır”.
Ali Məclisin Sədri torpaq mülkiyyətçilərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklərinə əminliyini bildirib, nasos stansiyasını işə salıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, yeni nasos stansiyasının tikintisi Sədərək rayonunda su təminatını yaxşılaşdıracaq.
Ali Məclisin Sədri bundan sonra da muxtar respublikanın torpaq sahələrində su təminatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması barədə müvafiq tapşırıqlar verib.
Sonra Ali Məclisin Sədri Sədərək kəndinə gəlib, sakinlərlə görüşüb.
Ali Məclisin Sədri nasos stansiyasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: “Yeni nasos stansiyasının tikilməsi və irriqasiya sistemlərinin təkmilləşdirilməsi Sədərək rayonunun inkişafında mühüm əhəmiyyətə malik olan layihədir. Eyni zamanda, bu, ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Layihə üzrə tikinti işləri aparılarkən 8 kilometrə yaxın müxtəlif diametrli metal boru xətti, 7 kilometrdən artıq beton və 100 kilometrə yaxın torpaq kanal çəkilmişdir. Bunun da hesabına Sədərək rayonunda 1500 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Görülən işlər rayonda əkinçiliyin inkişafına, bol məhsul istehsalına imkan verəcəkdir”.
Yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirən Sultan Rzayev deyib ki, muxtar respublika sürətlə inkişaf edir. Bu inkişafın tərkib hissəsi olaraq Sədərək rayonu da müasirləşir, tərəqqiyə qovuşur.
Aprelin 21-də, həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunun Qaraağac kəndinə gəlib, yeni salınmış meyvə bağına və taxıl sahəsinə baxıb.
Ali Məclisin Sədri meyvə və taxıl əkini sahələrinin genişləndirilməsi, eləcə də ərazidə tərəvəz məhsulları əkininin aparılması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxElm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28

