/ / Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2-ci iclası keçirilib
Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2-ci iclası keçirilib
26.04.2014 [12:00]
Aprelin 25-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2-ci iclası keçirilib.
Tədbirdə Qarışıq Komissiyanın həmsədrləri - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Çex Respublikası sənaye və ticarət nazirinin müavini İrji Qavliçek, eləcə də hər iki tərəfdən komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər.
AzərTAc xəbər verir ki, iclasda komissiyanın həmsədri, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir.
Komissiyanın 1-ci iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən nazir müavini iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü, turizm, mədəniyyət, muzey işi və kitabxana sahəsində sənədlərin imzalandığını diqqətə çatdırıb. Qeyd edilib ki, ölkələrimiz arasında beynəlxalq yükdaşımalarına dair saziş layihəsi isə razılaşdırma mərhələsindədir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, maliyyə, səhiyyə, mədəniyyət sahələrində də komissiyanın 1-ci iclasından ötən müddətdə əlaqələrimiz genişlənib.
Niyazi Səfərov ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin, biznes forum, sərgi və s. tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə danışıb.
Çex Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek ölkəsinin Azərbaycan ilə əlaqələrə önəm verdiyini qeyd edərək, komissiyanın ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşən nazir müavini ölkəsinin iqtisadiyyatı barədə məlumat verib.
Sonda Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Qarışıq Komissiyanın həmsədrləri - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Çex Respublikası sənaye və ticarət nazirinin müavini İrji Qavliçek imzalayıblar.
Protokola əsasən, ticarət, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta biznesin və sənayenin inkişafı, energetika, kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, səhiyyə, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

