/ / Küveyt Dövləti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlıdır
Küveyt Dövləti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlıdır
09.05.2014 [10:03]
Mayın 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Küveyt Dövləti vəqflər və İslam İşləri nazirinin müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri Adel Abdullah əl-Fəlah ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, görüşdə əsasən qonağın təmsil etdiyi təşkilatın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı indiyədək həyata keçirdiyi və keçirməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Əli Həsənov Adel Abdullah əl-Fəlah ilə əvvəlki görüşlərini, həmçinin, onun rəhbərliyi ilə həyata keçirilən humanitar layihələrə və xeyriyyəçilik tədbirlərinə görə dövlətimizin başçısı tərəfindən hələ 2010-cu ildə “Dostluq ordeni” ilə təltif olunmasını minnətdarlıqla xatırladıb. Baş nazirin müavini bütün bunları ölkələrimiz arasındakı əməkdaşlığın yüksək səviyyədə olması, həmçinin qonağın xoşməramlı fəaliyyəti ilə əlaqələndirib.
Bu gün Azərbaycan xalqı üçün müqəddəs olan bir məkanın - Azərbaycanın incisi, Şərqin konservatoriyası, dünya musiqi mədəniyyətinə görkəmli korifeylər bəxş edən Şuşanın işğal günü olduğunu təəssüflə xatırladan Əli Həsənov qeyd edib ki, Ermənistanın havadarlarının köməyi ilə sərgilədiyi qeyri-konstruktiv mövqe, 20 ildən çoxdur ki, problemin həllində vasitəçilik missiyası ilə məşğul olan ATƏT-in Minsk qrupunun konkret bir nəticəyə nail olmaması, dünyada baş alıb gedən ədalətsizlik, aparıcı dövlətlərin daha çox regiondakı maraqlarını qorumaları səbəbindən Dağlıq Qarabağ münaqişəsi bu gün də həll olunmamış qalmaqdadır.
Bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrildiyini, ölkəmizin gündən-günə inkişaf etdiyini, dövlətimizin başçısının bütün sahələrdə müstəqil siyasət yeritdiyini bildirən Əli Həsənov xüsusi vurğulayıb ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Azərbaycan Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, biz bir qarış da olsun torpağımızı güzəştə getməyəcəyik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən daha çox doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın əziyyət çəkdiyini, ancaq Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşların problemlərinin həllini öz üzərinə götürdüyünü, bütün sosial-texniki infrastrukturu ilə birlikdə 82 müasir qəsəbə salındığını, 180 mindən çox qaçqın və məcburi köçkünün bu qəsəbələrə köçürüldüyünü bildirən Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin Azərbaycandakı nümayəndəliyinin uzunmüddətli fəaliyyətini müsbət qiymətləndirib, bu sahədə işlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Ətraflı məlumata və təmsil etdiyi qurumun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirən Adel Abdullah əl-Fəlah Azərbaycanın inkişafından qürur duyduğunu, Küveytin Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlı olduğunu, ölkəsinin hər bir sahədə daim Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.
Sonda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

