Siyavuş Novruzov: ABŞ səfiri bizim ölkədə nəsə axtarmazdan əvvəl öz ölkəsinə baxsın
20.05.2014 [09:04]
“ABŞ səfiri bizim ölkədə nəsə axtarmazdan əvvəl öz ölkəsinə baxsın. Azərbaycanla Amerikanı müqayisə etsinlər ki, hansında vəziyyət necədir, ondan sonra ölkəyə qiymət versinlər”. Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanla bağlı fikirlərinə münasibət bildirərkən deyib.
O, vurğulayıb ki, Azərbaycanın hazırkı durumu monolit hakimiyyətin olmağının sübutudur: “Azərbaycan yeganə ölkələrdən biridir ki, burada tam monolit hakimiyyət var. Bunun bariz nümunəsi Azərbaycanda bir neçə ay əvvəl baş tutan prezident seçkiləridir. Seçkidə seçicilərin böyük əksəriyyəti cənab Prezidentə səs verdi. Azərbaycanın iqtisadi uğurları, burada olan ictimai-siyasi sabitlik, davamlı inkişaf, regionların inkişafı bunun göstəricisidir. Monolit hökumət Prezidentin tapşırıq və göstərişlərini yerinə yetirir və ölkəmizdə sabitlik var”.
Millət vəkili qeyd edib ki, Azərbaycan haqqında tənqidi fikirlər səsləndirən Morninqstar, ilk növbədə, öz ölkəsinə nəzər salmalıdır: “ABŞ səfiri bizim ölkədə nə isə axtarmazdan əvvəl öz ölkəsinə baxsın. Onların “demokratiya” adı altında İraqda nələri törətdikləri hər kəsə bəllidir. ABŞ-ın açıqladığı rəsmi rəqəmlərə görə İraqda 300 mindən artıq insan ölüb, 1 milyondan artıq insan şikəst olub. Qeyri-rəsmi məlumatlara görə isə 1 milyondan artıq insan ölüb, 4 milyona yaxın insan şikəst olub. Vaxtilə Səddam Hüseyni ittiham edirdilər ki, onun dövründə 143 nəfər ölüb və dövlət başçısına qeyri-qanuni ölüm hökmü çıxardılar. Amma ABŞ-ın İraqa daxil olmasından sonra 1 milyon insan ölüb. Eyni hal Əfqanıstanda da müşahidə olunub. Demokratiya adı altında ABŞ ordusu bu ölkəyə daxil olandan sonra narkotiklərin dövriyyəsi 40 dəfə artıb. İnsan ölümlərinin sayı da artıb”.
S.Novruzov Morninqstarın səsləndirdiyi fikirləri onun fəaliyyət müddətinin bitməkdə olduğu ilə izah edib: “Səfir zəhmət olmasa, Quantanamoya nəzər salsın. Orada insanlara ən iyrənc və ən əcaib işgəncə üsulları tətbiq olunub. Həmin işgəncələr barədə danışan bir nəfər isə cəzalandırıldı. Sayılası misallar çoxdur. Əvvəlcə Azərbaycanla Amerikanı müqayisə etsinlər ki, hansında vəziyyət necədir, ondan sonra ölkəyə qiymət versinlər. Üç aydan sonra onun səfirlik müddəti bitir və belə açıqlamalar verməyi də gözlənilən idi. Hamısı bunun nəticəsidir, başqa bir şey yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

