“Milli şura” “nəğməsinin” son akkordları...
21.05.2014 [09:05]
Yaxud, artıq KXCP də bu qondarma qurumda “maddi perspektivin” olmadığını dərk edir
Son dövrlərdə Azərbaycanın radikal müxalifəti daxilində yenidən ənənəvi hal-qarşılıqlı ittihamlar, xəyanət suçlamaları müşahidə olunmaqdadır. Hər zaman anti-azərbaycançı dairələrin sifarişi ilə hərəkət edən Müsavat Partiyası və AXCP bu gün bir-birlərinə qarşı yenidən qarşılıqlı ittihamlara başlayıblar. Bu da səbəbsiz deyil. İstər xalqımızın mənafeyinə, istərsə də dövlətçilik maraqlarımıza qarşı xəyanətkar mövqe tutmuş bu zümrə eyni məqsədin və amalın yolçusudur. Radikal düşərgədə təmsil olunan bütün partiyalar, təşkilatlar üçün yeganə amalın dağıdıcılıq prinsipi olduğunu nəzərə alsaq, marginal qruplara çevrilmiş düşərgə təmsilçilərinin bu xarakterlə özlərini müasir siyasi münasibətlər sistemindən kənarda saxlamalarının səbəbi bəlli olur. “Siyasi fəaliyyətlərini” Azərbaycan dövlətinin imicinə qarşı istiqamətləndirmiş bu partiyalar üçün şəxsi mənafelərindən başqa heç bir maraq əhəmiyyət kəsb etmir. Bu baxımdan, istər AXCP, istərsə Müsavat Partiyası, istərsə də “Milli şura” adlanan qondarma ermənipərəst qurum korporativ mənafelərin güdükçüsünə çevrilmiş qruplaşmalardan ibarətdir. Bu gün ölkəsinin milli maraqlarını heçə sayan qurumların, apardığı “müzakirələr”in və ya mübahisələrin yönünün və onun arxasında yatan maraqların harada cəmləşdiyini proqnozlaşdırmaq elə də çətin deyil. Maddi cəhətdən asılı olduqları erməni lobbi təşkilatlarının, o cümlədən, anti-Azərbaycan dairələrin təsiri altında işi-gücü yalnız Azərbaycanın milli maraqlarını zərbə altına qoymaq, ölkənin siyasi imicini mənfi istiqamətdə təbliğ etmək olan düşərgə təmsilçiləri dəfələrlə öz dilləri ilə təsdiqləyiblər ki, onlar üçün cızılan plandan kənara çıxmağa ixtiyarları yoxdur, bütün detallar onları maliyyələşdirən dairələr tərəfindən müəyyənləşdirilir. Sadəcə, bugünkü çarpışma həmin dairələrə ən yaxşı qulluğu kimin göstərdiyini sübut etmək üçündür.
Analoji hal qondarma layihə yarandığı gündən xarici ermənipərəst dairələrin maraqlarına xidmət göstərən və dağıla-dağıla gedən “Milli şura”da da baş verir. Buraya “yaşıl dollar iyinə” cəm olmuş partiyalar da korporativ maraq savaşı aparırlar. Təbii ki, zorən müttəfiqliyi, başqa-başqa istiqamətə köklənmiş siyasətbazların zorla bir çardaq altına yığılmasına bənzəyən bu nəsnənin kökündə dayanan marağın korporativ, antimilli olması ilk gündən hiss edilirdi. Satqınlar klubu statusu ilə yaradılan “Milli şura”ya daxil olan bəzi yaşı ötmüş radikal müxalifət qruplaşmalarının başçılarının isə bu antimilli layihədəki əsas marağı maliyyə durumlarını yüksəltmək idi.
Amma görünən budur ki, qondarma “şura”nın “pul qazanmaq” bacarığının olmaması, sadəcə, AXCP-nin yedəyində qalması orada cəmləşən bir sıra şəxslərin kefinə soğan doğrayıb. Məsələn, maddi maraq ucbatından bir zamanlar düşmən olduqları AXCP ilə bir cərgədə dayanan KXCP də artıq etiraz səsini ucaldır. Maddi perspektivin olmadığından duyuq düşən KXCP təmsilçiləri qondarma “şura” boyunduruğundan xilas olmaq üçün yollar axtarırlar. Belə ki, bir müddət öncə partiyanın sədr müavini Xəzər Teyyublu qondarma “şura”nın adı olub özü olmayan komissiyalarının fəaliyyətsizliyindən gileylənib. O, “İndiki vəziyyət isə şəxsən məni qane etmir. Biz təşkilatlanma işində sanki zəiflik nümayiş etdiririk” - deyib.
X.Teyyublu etiraf edib ki, ziyalılar, müstəqil ictimai xadimlər “Milli şura”ya meyil etmirlər. Bildirib ki, “Milli şura” daxilində gedən proseslər, bəzi qurumların “şura”nı tərk etməsi ruh düşgünlüyü yaradıb: “Əgər bundan bir çıxış yolu tapılmasa, Allah hamının işini avand eləsin”...
Göründüyü kimi, artıq KXCP qondarma qurumdan çıxacağının anonsunu verməkdədir. Əslində, “Milli şura” oyununun sonunun bu cür aqibətlə nəticələnəcəyi bəlli idi. Çünki “Milli şura” adlanan xarici maraqların ortaya çıxardığı nəsnə özündən əvvəlki layihələrdən addan başqa heç nə ilə fərqlənə bilmədi. İllər öncə yaradılan “birliklər” kimi “Milli şura” da eyni ünsürlərdən təşkil olunmuşdu.
Digər tərəfdən, “Milli şura”, həm də o səbəbdən dağılmağa məhkum idi ki, oraya toplaşan partiyalar və ya şəxslər bir-birlərinə sözün əsl mənasında patoloji nifrət bəsləyirlər. Məsələn, bu qondarma qurumda bir-birlərini qəbul etməyən Mirmahmud Mirəlioğlu və Əli Kərimli təmsil olunur.
Nəticə olaraq, “Milli şura” da yalnız sözdə “birlik” oldu. Radikal düşərgənin zaman-zaman cild dəyişikliyinə uğraması, kitabın yalnız üzünün dəyişilməsinə bənzəyir. 20 ildən artıqdır ki, təfəkkürü dəyişməyən, dünyaya baxışı dəyişməyən, hakimiyyət hərisliyinə qul olan radikal müxalifət düşərgəsi növbəti dəfə “çiyninə” xarici dairələrin “kürkünü” salmağa çalışdısa da, alınmadı.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

