“Human Rights Watch” təşkilatının hesabatı ölkəmizdəki reallığı əks etdirmir
22.05.2014 [08:58]
Bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilib
Məlum olduğu kimi, bir neçə gün öncə “Human Rights Watch” qeyri-hökumət təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair növbəti hesabatını açıqlayıb. Təşkilat həmişəki kimi, öz ənənəsinə “sadiq” qalaraq ölkəmizdəki real vəziyyəti təhrif edib, qərəzli mövqe nümayiş etdirib. Bu səbəbdəndir ki, cəmiyyətimiz bu hesabatı qəbul etmir.
Məsələyə münasibət bildirən millət vəkili Azər Badamov deyib ki, “Human Rights Watch” təşkilatının son hesabatı reallığı qətiyyən əks etdirmir. Ümumiyyətlə, bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilir: “Bu təşkilat ölkəmiz haqqında məlumatları bir mənbədən alır və burada balans gözlənilmir. Yəni, təşkilat hökumətin, parlamentin məlumatlarını və mövqeyini nəzərə almır, ölkəmizdə ayrı-ayrı “hüquq müdafiəçiləri” və müxalifət partiyaları ilə əlaqə saxlayır, onların verdiyi məlumat əsasında da belə mənfi hesabat ortaya çıxarır. Onların mövqeyi Azərbaycanda gedən proseslərlə uzlaşmır. Bu cür qurumlar daha çox öz şəxsi maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən hesabatlar hazırlayırlar. Onları ölkəmizin sürətli inkişafı əməlli-başlı qıcıqlandırır”.
Millət vəkili qeyd edib ki, bu təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yeritməsini istəməyən qüvvələrin əlində alətə çevrilib: “Human Rights Watch” təşkilatının son hesabatı da, məhz bu amillərlə bağlıdır. Bu gün demək olar ki, hamı ölkəmizin beynəlxalq miqyasda nüfuzunun əhəmiyyətli dərəcədə artmasından, mövqeyinin xeyli güclənməsindən danışır. Ölkəmiz artıq Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan dövlətinin günü-gündən inkişaf etməsini, əhalisinin rifahının yüksəlməsini, ölkədə əmin-amanlığın hökm sürməsini və dövlətin rəhbərliyinin xalqın maraqlarına uyğun müstəqil siyasət yeritməsini bir çox xarici qurumlar, eləcə də, onların təsirində olan daxili destruktiv qüvvələr həzm edə bilmirlər. “Human Rights Watch” təşkilatı da bu cür qurumlardandır”.
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu məsələyə münasibət bildirərkən, qeyd edib ki, “Human Rights Watch” təşkilatının növbəti hesabatında yer almış cəfəng iddialar reallığı deyil, bu təşkilatın və sifarişçilərin qərəzli niyyətlərini əks etdirir: “Ən əsası ona görə ki, son 10 il ərzində Azərbaycanda bütün sahələr üçün inkişafın yeni mərhələsi başlayıb. Buna baxmayaraq, “Human Rights Watch” təşkilatının Azərbaycandakı real vəziyyətdən bixəbər halda hesabat hazırlaması müəyyən sifariş yerinə yetirdiyini və insan hüquqları, demokratik dəyərlər, vətəndaş cəmiyyəti kimi təməl dəyərlərdən sui-istifadə etdiyini təsdiqləyir. Əslində, bu fakt özlüyündə təşkilatın Azərbaycana olan qərəzli münasibətinin səbəblərini tam olaraq ortaya qoyur. Belə olmasaydı, “Human Rights Watch” Azərbaycanda qaçqınlar və onların hüquqlarının pozulması haqqında da bircə dəfə hesabat hazırlayardı. Bu tip təşkilatlar həmişə təlimatla işləyib, onlar qarşısına qoyulmuş vəzifələri yerinə yetirirlər”.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının fikrincə “Human Rights Watch” təşkilatının hesabatları daim Azərbaycan dövlətinin əleyhinə olub: “Şühbə yoxdur ki, bu təşkilatın rəhbərliyində olanlar birbaşa Azərbaycanın düşməni olan Ermənistan dövlətinə yaxın şəxslərdir. Təşkilatın əsas maliyyə resurları da erməni diasporunun əlindədir. Ermənilərin maliyyəsi ilə fəaliyyət göstərir. Belə bir təşkilatdan Azərbaycan dövlətinə qarşı ədalətli hesabat gözləmək olarmı? Qətiyyən yox. Odur ki, bu cür hesabatlardan obyektivlik gözləmək olmaz”.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10

