İsveçrə Prezidenti Didye Burkhalter Milli Məclisdə olub
03.06.2014 [09:26]
İyunun 2-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter ilə görüşüb.
AzərTAc xəbər verir ki, Oqtay Əsədov Azərbaycan-İsveçrə əlaqələrindən, ölkələrimizin müxtəlif sahələrdəki əməkdaşlığından danışıb. Bildirilib ki, Azərbaycanda 40-a yaxın İsveçrə şirkəti fəaliyyət göstərir. Xüsusi vurğulanıb ki, bu şirkətlərin böyük əksəriyyəti qeyri-neft sektorunda çalışır. Azərbaycan çox sürətlə inkişaf edir və artıq ölkəmiz İsveçrənin enerji sektoruna investisiya qoymağa başlayıb.
Milli Məclisin sədri Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın möhkəmləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası əlaqələrin mühüm rol oynadığını vurğulayıb. Oqtay Əsədov bu səfərin əlaqələrimizin inkişafına yeni təkan verəcəyini deyib.
Azərbaycan-İsveçrə siyasi, iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, indiyədək ölkələrimiz arasında əməkdaşlığa dair 26 sənəd imzalanıb və 7 sənəd imzalanma ərəfəsindədir. O.Əsədov deyib ki, yüksək səviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır. O, vurğulayıb ki, hər iki ölkə bir çox beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir.
Bildirilib ki, Azərbaycan ATƏT Parlament Assambleyasının 23-cü sessiyasına ev sahibliyi edəcək. Eyni zamanda, ölkəmiz 6 ay müddətində Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həyata keçirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov bildirib ki, ATƏT-in Minsk qrupu problemin həlli ilə məşğul olsa da, hələ ki, bu istiqamətdə heç bir nəticə yoxdur. Eyni zamanda, BMT Təhlükəsizlik Şurası münaqişəyə dair dörd qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur və hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Milli Məclisin sədri deyib ki, ATƏT-in Minsk qrupunun bu məsələ ilə bağlı daha fəal olması üçün imkanlar yaradılmalıdır.
Prezident Didye Burkhalter Azərbaycan ilə İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Azərbaycana, eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədri kimi səfərə gəldiyini deyən ali qonaq Prezident İlham Əliyev ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş fikir mübadiləsinin aparıldığını bildirib. İsveçrə Prezidenti qeyd edib ki, tərəflərin fikirlərini dinləmək və məlumatlı olmaq çox vacibdir. Prezident Didye Burkhalter növbəti iki gün ərzində Gürcüstanda və Ermənistanda olacağını və bu səfərlərin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini intensivləşdirməyə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Görüşdə gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

