/ / Azərbaycan Milli Məclisinin sədri Moskvada Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri Moskvada Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri ilə görüşüb
05.06.2014 [09:19]
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 4-də Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin və parlamentlərarası əməkdaşlığın dinamik inkişafı qeyd edilib.
Valentina Matviyenko bildirib ki, Rusiya üçün Azərbaycan ilə bütün sahələrdə münasibətlər strateji xarakter daşıyır. Rusiya ölkələrimiz, o cümlədən parlamentlərimiz arasında yüksək səviyyədə dialoqun dəstəklənməsinə daim böyük əhəmiyyət verir. Rusiya həm də beynəlxalq məkanda əməkdaşlığın dərinləşməsində maraqlıdır.
“Biz regionlar palatası olmaqla regionlararası əməkdaşlığa xüsusi diqqət yetiririk. Şadıq ki, Azərbaycanın regionları ilə Rusiya Federasiyasının 70-dən çox regionu arasında sazişlər bağlanıb. Azərbaycan Prezidenti Administrasiyasının himayəsi altında keçirilən regionlararası forumları da yaxşı format hesab edirik. Volqoqradda bu cür forum uğurlu oldu. İndi 5-ci regionlararası foruma hazırlıq işləri görülür. Bu forum Qəbələdə keçiriləcəkdir”, - deyən V.Matviyenko Rusiya ilə Azərbaycan arasında humanitar sahədə münasibətlərin də səmərəli olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Beynəlxalq Humanitar Forum keçirilməsini yüksək qiymətləndirərək qeyd edib ki, bu Forum aktual məsələlərin müzakirəsi üçün ciddi bir məkana çevrilib.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. O, əminliklə bildirib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu gün Azərbaycan ilə Rusiyanın strateji tərəfdaşlar olduğunu söyləyən O.Əsədov əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolunu qeyd edib.
Bildirilib ki, siyasi, mədəni və humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dollarına çatıb. Azərbaycanda tədrisin rus dilində olduğu 300-ə yaxın ümumtəhsil məktəbi, Moskva Dövlət Universitetinin Bakı filialı və Slavyan Universiteti fəaliyyət göstərir. O.Əsədov deyib: “Ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlər böyük rol oynayır. Biz həm ikitərəfli formatda, həm də MDB Parlamentlərarası Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik”.
Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunaraq deyib ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpa edilməsi yolunda ciddi maneədir. O.Əsədov Azərbaycanın bu problemin həllində ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edib və eyni zamanda, əmin olduğunu bildirib ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini artıracaqlar.
Nümayəndə heyətlərinin üzvləri ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazası barədə də fikir mübadiləsi aparıblar. Görüşdə miqrasiya qanunvericiliyi sahəsində mövcud problemlərə də toxunulub. Tərəflər əmin olduqlarını bildiriblər ki, bu problemlər yaxın vaxtda nizamlanacaq, çünki bu məsələlər texniki xarakter daşıyır.
Xəbər lenti
Hamısına baxİdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17

