/ / Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılıb
Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılıb
24.06.2014 [09:47]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bərdə şəhərində ziyalılar, din xadimləri və ağsaqqallarla görüş keçirib.
AzərTAc xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətlər göstərmiş Ulu öndərin abidəsi önünə çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkəmizdə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın tarixi inkişaf xüsusiyyətləri, əlverişli coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və digər amillər burada bir sıra dinlərin mövcudluğuna şərait yaradıb. Tarixin müəyyən dövrlərində ölkəmizdə bütpərəstlik, zərdüştlük, iudizm, xristianlıq, islam və s. din və cərəyanlar yayılmış və bir-birinə qarşılıqlı təsir göstərib.
Dövlət müşaviri Kamal Abdullayev xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrdən, multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.
Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Hüseynov, ağsaqqallar adından Adil Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, ölkəmizdə milli-mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə yüksək qayğı göstərilir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılıb. Qeyd olunub ki, bu şəraitdən sui-istifadə edən bəzi radikal dini cərəyan və təriqətlər gənclərin mənəvi duyğularını istismar etməklə onlardan müxtəlif məqsədlərlə istifadə olunmasına çalışırlar. Bunun qarşısının alınması üçün hamılıqla mübarizə aparmalıdır. Hər şeydən əvvəl cəmiyyətdə dini maarifləndirmə işi gücləndirilməlidir. Bu işdə ağsaqqalların, dindarların və ziyalıların üzərinə mühüm vəzifələr düşür.
Səmimi dialoq şəraitində keçən görüşdə rayon ziyalıları müxtəlif təkliflər irəli sürüblər.
Sonra dövlət müşaviri Bərdə şəhər məscidində və İmamzadə ziyarətgahında olub, din xadimləri ilə söhbətlər aparıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17

