/ / Azərbaycanın və İranın hüquq mühafizə orqanları mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirir
Azərbaycanın və İranın hüquq mühafizə orqanları mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirir
19.08.2014 [09:45]
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 18-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə nazir xalqlarımız arasında çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb. R.Usubov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra təməli 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin İrana səfəri zamanı qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki dövlətin prezidentləri tərəfindən daha da genişlənməkdə olduğunu bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə - iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verir. Belə şəraitdə hüquq mühafizə, o cümlədən ictimai təhlükəsizliyi təmin edən daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət düşür.
Nazir R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.
Prezident İlham Əliyevin İrana müxtəlif vaxtlarda etdiyi rəsmi səfərlərin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməyə imkan verdiyini nəzərə çatdıran general-polkovnik R.Usubov əməkdaşlığın genişləndirilməsində nazirliyin də maraqlı olduğunu vurğulayıb.
Sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında məlumat verilib, respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər qeyd olunub. Vurğulanıb ki, hüquq mühafizə orqanları mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sıx, qarşılıqlı əlaqədə kompleks tədbirlər həyata keçirir.
İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rezayi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib. O, qeyd edib ki, belə səfərlər, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik dost ölkələrimizin mənafelərinə tam uyğundur. Bu, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32

