Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı Təşkilat Komitəsinin iclası keçirilib
17.09.2014 [09:20]
Gənclər və İdman Nazirliyində (GİN) oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı Təşkilat Komitəsinin iclası keçirilib.
GİN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda 20-ə yaxın dövlət qurumunun - Daxili İşlər, Milli Təhlükəsizlik, Maliyyə, Xarici İşlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Dövlət Miqrasiya, Dövlət Sərhəd xidmətləri, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmiləri iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov dünyada baş verən siyasi proseslərdə gənclərin rolunun çox böyük olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhz elə bu səbəbdən gənclər siyasətinə böyük önəm verən BMT baş katibi Pan Gi Mun tutduğu vəzifəyə ikinci dəfə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən biri gənclər siyasəti ilə bağlı olub. Baş katib, həmçinin qurumun nəzdində gənclər siyasəti üzrə xüsusi büronun yaradılması qərarına gəlib. Qeyd edilib ki, BMT-nin nəzdində yaradılmış gənclər siyasəti üzrə xüsusi qurumun elçisi Əhməd Əlhəndavi ölkəmizdə rəsmi səfərdə olub və Forumla bağlı geniş müzakirələr aparılıb.
Azad Rəhimov deyib ki, Azərbaycan Forumun ölkəmizdə keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olub. Nazir bu ilin martında ABŞ-a səfəri çərçivəsində BMT-də keçirdiyi görüşdə Forumun Azərbaycanda keçirilməsi ideyasının dəstəkləndiyini vurğulayıb. Bildirib ki, Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq.
Foruma 170-dən çox ölkədən 700-dən artıq iştirakçının qatılacağı gözlənilir. Mötəbər tədbirdə gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyət kəsb edən digər mövzular diqqət mərkəzində olacaq. Forumda, eyni zamanda, gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur. I Qlobal Forumun əsas tərəfdaşları Azərbaycan Hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı və gənclər siyasəti üzrə elçisidir.
Xəbər lenti
Hamısına baxElm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19

