/ / Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
25.09.2014 [10:17]
Sentyabrın 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilən tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək kitab haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu günlərdə Moskvada rus dilində çap olunan bu kitabda bütün faktlar, məlumatlar ilk mənbələrdən toplanılıb. Qeyd edilib ki, sırf elmi tədqiqat əsəri olan kitabda ermənilərin regionda yaratdıqları problemlər, törətdikləri faciələr, onların tarixi, bu günü haqqında məlumatlar kifayət qədər əsaslı şəkildə araşdırılaraq faktlarla göstərilib. Maraqlısı odur ki, nəşrdə hətta ermənilərin yazdığı tarixdən də istinadlar yer alıb. Bütün bu faktlar ermənilərin saxtakarlıqlarını, iç üzlərini açıq şəkildə göstərir.
Akademik Ramiz Mehdiyevin onlarla kitabın müəllifi olduğunu deyən Baş nazirin müavini bildirib ki, bu kitablardan bir neçəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edir.
Bütün bu kitablar tarixdir və gələcək nəsillər onlardan bəhrələnəcəklər.
Hələ sovet hakimiyyəti illərindən Azərbaycan xalqının düzgün tarixi öyrənmək baxımından müəyyən çətinliklər çəkdiyini xatırladan Əli Həsənov Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələlərə də ciddi diqqət yetirildiyini bildirib. Qeyd edilib ki, məhz Ümummilli liderin tapşırığı ilə demək olar ki, Azərbaycanın son 200 ilinin tarixi yenidən yazılıb. Bu siyasət Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilir.
Baş nazirin müavini qeyd edib ki, nəşrdə Ermənistanın son dövrlərdə düşdüyü acınacaqlı vəziyyətdən, orada geniş vüsət almış ölkəni tərketmə prosesindən də söhbət açılır. Diqqətə çatdırılır ki, son 10-15 ildə Ermənistanda dünyaya gələn uşaqların sayı iki dəfə azalıb.
Əli Həsənov qeyd edib ki, bir tərəfdən əhalinin ölkəni sürətlə tərk etməsi, digər tərəfdən dünyaya gələn uşaqların sayının azalması Ermənistanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov deyib ki, tutarlı faktlara, fəlsəfi təhlillərə əsaslanan bu sanballı əsərdə çoxsaylı ilkin mənbələrə və elmi ədəbiyyatlara istinadlar olunub. Araşdırmanın üstünlüklərindən biri də odur ki, əsərdə bütünlüklə xarici məxəzlərdən istifadə edilib. Müəllif faktlara əsaslanmaqla ermənilərin Qafqaz regionunda heç vaxt dövlətinin olmadığını sübut edir.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva satqınlıq, ikiüzlülük kimi xarakterlərin erməni millətinin xüsusiyyəti olduğunu deyib. O qeyd edib ki, bu kitabın yazılması ermənilərin saxtakarlıqlarının ifşa olunması ilə bağlı atılmış mühüm addımdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, bu kitab Azərbaycan tarixi üçün çox önəmli bir əsərdir. Bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sivilizasiyaların, dinlərin toqquşması kimi qələmə verməyə çalışırlar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib, beynəlxalq ekspertlər də hər dəfə vurğulayırlar ki, Azərbaycan bütün dünya üçün tolerantlıq nümunəsidir. Bu kitabda əksini tapan dəyərli faktlar münaqişəni sivilizasiyaların toqquşması kimi qələmə verməyə çalışanlar üçün elmi surətdə əsaslandırılmış bir cavabdır.
Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50

