/ / Kamal Abdullayev: Bu gün Azərbaycanda multikultural təhlükəsizliyin təmin edilməsi üçün çox böyük iş görülür
Kamal Abdullayev: Bu gün Azərbaycanda multikultural təhlükəsizliyin təmin edilməsi üçün çox böyük iş görülür
16.10.2014 [09:28]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Şirvan şəhərində, İmişli, Saatlı, Sabirabad rayonlarında ziyalılar, dini icmaların üzvləri və milli azlıqların nümayəndələri ilə çoxsaylı görüşlər keçirib.
Dövlət müşaviri bu şəhər və rayonlarda Ümummilli liderin abidəsini ziyarət edib, Heydər Əliyev mərkəzlərində ictimaiyyət nümayəndələri və ziyalılarla görüşərək ölkə həyatının aktual məsələləri barədə fikir mübadiləsi aparıb.
Əsas diqqəti Ümummilli lider Heydər Əliyevin siyasi əqidəyə çevirdiyi və Azərbaycan dövlətinin bugünkü inkişafının ideoloji dayağı olan azərbaycançılıq məfkurəsinə yönəldən dövlət müşaviri Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasətin, dövlət-din münasibətlərinin prioritet istiqamətləri, eyni zamanda, ölkədə ictimai-siyasi sabitliyin və hərtərəfli inkişafın təminatı, milli mənəvi dəyərlərin qorunması, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən ardıcıl və məqsədyönlü fəaliyyət haqqında danışıb.
Bildirilib ki, dövlətimizin başçısının fərmanları ilə bir neçə ay əvvəl yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi əhalinin müxtəlif təbəqələri arasında maarifləndirmə işi aparmaq, müasir çağırışları insanlara çatdırmaq, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin sahib olduqları etnik-mədəni dəyərlərin qorunmasını təmin etməkdir. Dövlət müşaviri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun son bir ayda həyata keçirdiyi layihələrin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini və bu layihələrin çox gözəl nəticələr verdiyini diqqətə çatdırıb.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun layihələrində birbaşa iştirak edən rayon ictimaiyyətinin nümayəndələri bu tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyini vurğulayıblar.
Şəhər və rayonlarda fəaliyyət göstərən mərkəzi cümə məscidlərinə, dini sitayiş ocaqlarına baş çəkən dövlət müşaviri yerli dini icma üzvləri və ağsaqqallarla səmimi söhbətlər aparıb. Müzakirələr zamanı yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanıb, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilib. Xüsusən gənc nəslin milli mənəvi dəyərlər və Vətənə sədaqət ruhunda tərbiyə olunmasında din xadimlərinin üzərinə düşən vəzifələrlə bağlı müzakirələr aparılıb.
Bundan əlavə, K.Abdullayev Saatlı rayonunun Fətəlikənd, Sabirabad rayonunun Bulaqlı kəndlərində yığcam yaşayan axısxa türkləri ilə də görüşüb, ziyalılar və dindarlarla ölkəmizdəki tolerant və multikultural mühitlə bağlı söhbət edib, sakinlərin fikirlərini dinləyib.
Səfər təəssüratlarını AzərTAc ilə bölüşən dövlət müşaviri K.Abdullayev deyib: “Səfər etdiyim hər bir rayonun ən ucqar nöqtələrində belə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrini görmək bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır. İnsanların dövlətimizə və dövlətçiliyimizə, ölkə rəhbərinə olan inamı və bağlılığı deyərdim ki, Azərbaycanın davamlı inkişafının əsas qarantıdır. Azərbaycan dövləti öz vətəndaşlarının həyat, ərzaq, enerji, informasiya təhlükəsizliyini ən yüksək səviyyədə təmin edib. Bu gün isə Prezident İlham Əliyev qətiyyətlə zəngin etnik və dini müxtəlifliyə malik olan Azərbaycanın multikultural təhlükəsizliyini təmin etmək məqsədi ilə çox böyük iş aparır. Bu, son dərəcə lazımlı və nəcib işdə etnik və dini müxtəlifliyindən asılı olmayaraq hər bir vətəndaşımız Azərbaycan Prezidentinin dəstəkçisi və dayağıdır”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

