Xocalı faciəsi tariximizin qanlı səhifələrindəndir...
26.02.2015 [00:08]
Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatı Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib
Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatı Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib.
Tədbir iştirakçıları əvvəlcə Sədərək rayon Tarix Diyarşunaslıq Muzeyində təşkil olunmuş “Xocalı - XX əsrin genosidi” adlı sərgiyə baxıblar. Onlar ayrı-ayrı bölmələrdə nümayiş etdirilən rayon məktəblilərinin əl işləri, rəsm əsərləri, Çingiz Mustafayevin fotoşəkillərindən ibarət stend, kitablar, qəzet və jurnallarla tanış olublar.
Sonra rayon təşkilatında anım mərasimi başlanıb. Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov tarix boyu Azərbaycan xalqının faciələrlə rastlaşdığını bildirib, qeyd edib ki, bu faciələr sırasında miqyası baxımından 23 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı qətliamı xüsusi yer tutur. Onun sözlərinə görə, Xocalı qətliamı özünün qəddarlığı, amansızlığı ilə digər faciələrdən fərqlənir.
Arif Qasımov deyib: “Xocalı faciəsi bəşər tarixinin dəhşətli faciələrindən biridir. Bu hadisə zamanı heç kimə fərq qoyulmamışdır, qocalar, uşaqlar, qadınlar xüsusi amansızlıqla qətlə yetirilmişlər. Bu faciəni fərqləndirən digər məqam etnik zəmində baş verməsidir. Qətliamı törədənlər xalqımıza qarşı nifrətlərini ifadə etmişlər. Xüsusi qəddarlığı ilə seçilən bu faciəni unutmağa heç kimin haqqı yoxdur. Xalq öz faciəsini unudanda mübarizliyini də itirmiş olur”.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ayrı-ayrı yerlərdə baş vermiş faciələrə həssaslıqla yanaşsa da, Xocalı faciəsinə münasibətdə ikili standartlar mövcuddur. Bəzi dövlətlər uydurma “erməni soyqrımı”nı tanıdığı halda, həqiqi faktlara əsaslanan faciələrə göz yumurlar. Ona görə də hər bir vətəndaşın vəzifəsi bu faciəni dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olmalıdır.
Arif Qasımov tədbir iştirakçılarının nəzərinə onu da çatdırıb ki, Xocalı faciəsi ilə əlaqədar son illər dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilib. Artıq dünyanın bir neçə ölkəsinin parlamentində Xocalı faciəsi müzakirə olunub və ermənilərin qəddarlığı pislənilib. Bu kampaniya uğurla davam etdirilir.
Anım tədbirində Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatı 1 saylı tam orta məktəbin ilk partiya təşkilatının sədri Gülnarə Hüseynova, YAP Sədərək rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva, YAP Sədərək rayon təşkilatının fəallarından Məhərrəm Seyidov və Ceyhun Qurbanovun çıxışlarında qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması və erməni faşizminin ifşası ilə bağlı ilk addımlar Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə atılıb. Onlar, həmçinin, Ermənistan silahlı qüvvələri ilə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı tərəfindən törədilmiş Xocalı soyqırımının daim xatırlanacağını bildirib, bu dəhşətli faciənin dünya ictimayyətinə çatdırılması üçün bundan sonra da bütün imkanlardan və vasitələrdən istifadə olunmasının vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02

