Əli Həsənov: Bir tərəfdə separatçı rejim dəstəklənir, digər tərəfdə cəza tətbiq olunur
26.02.2015 [00:15]
“Çox təəssüflər olsun ki, indi dünyada ikili standartlar hökm sürür. Bəzən BMT Təhlükəsizlik Şurasının ayrı-ayrı dövlətlərlə bağlı çıxardığı qətnamələr bir günün içərisində həyata keçirilir”. Bu sözləri “Publika.az”-ın sualına cavabında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, bəzən hər hansı bir ölkə yerdən və havadan bombalanaraq, bir günün içərisində beynəlxalq hüququn normalarına məcburi şəkildə tabe etdirilir: “Amma Ermənistan kimi kiçik və cırtdan ölkə 20 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə meydan oxuyur və dünya da bunun üzərinə getmir. Bütün bunlar dünyanın mövcud reallığıdır, dünyada olan ikili standartların və ədalətsizliyin göstəricisidir. Beynəlxalq aləmin Ukrayna hadisələri ilə Dağlıq Qarabağ hadisələrinə yanaşmasında olan fərqə baxın - bir tərəfdə separatçı rejimə qarşı lazım olan bütün tədbirlər görülür, onların cəzalandırılması istiqamətində beynəlxalq hüququn bütün normaları tətbiq olunur. Amma digər tərəfdə isə separatçı rejim dəstəklənir, onun rəhbərlərinə dünyada qucaq açılır, müxtəlif aksiyalar keçirilməklə separatçı rejim üçün pul yığılmasına şərait yaradılır. Yəni bir tərəfdə separatçı rejimə dəstək verilir, digər tərəfdə isə cəza tətbiq olunur. Ona görə biz bu cür reallığı qəbul edib, ona uyğun hərəkət edirik. Məgər bu gün dünyada kimsə bunu anlamır və ya bilmir?”
Əli Həsənov deyib ki, dünya ictimaiyyəti bizim dərdimizi, Ermənistan - Azərbaycan münaqişəsinin həqiqətlərini, Xocalıda törədilmiş qətliamı yaxşı bilir: “Dünyanın ayrı-ayrı siyasətçiləri də bunu yaxşı bilirlər. Sadəcə olaraq, bu, onların bəzilərinin maraqlarına cavab vermədiyi üçün onlar ermənilərin üzərinə getmirlər və işğalçını beynəlxalq hüquqa tabe etdirmirlər. Biz bütün bunları Türkiyə və Azərbaycan olaraq birgə dünyaya çatdırmaq istəyirik və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanıdılması məsələsinə də toxunan Ə.Həsənov bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə yetərincə çatdırıldığını və dünyanın bunu gördüyünü söyləyib: “Ötən müddət ərzində dünyanın 10-dan çox ölkəsinin, o cümlədən, ABŞ-ın 14-dən artıq ştatının Xocalı həqiqətlərini qəbul etməsi və bunu dəyərləndirməsi bizim apardığımız həmin işlərin nəticəsidir. Bu gün Türkiyənin bütün əyalətlərində Xocalı soyqırımı və ermənilərin azərbaycanlılara qarşı törətdiyi əməllərlə bağlı tədbirlər təşkil olunur. Dünyanın 22 ölkəsində Türkiyə və Azərbaycan hökuməti və diaspora təşkilatları tərəfindən bu cür tədbirlər keçirilir. Bu tədbirləri təşkil etməklə kimdənsə qisas almaq məqsədi daşımırıq. Bizə qarşı ermənilərin 100 ildən artıqdır ki, irəli sürdüyü ittihamların hamısı uydurma, şər və böhtandır”.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

