/ / Ermənistan KİV-ləri özünün təbliğat fəaliyyətində hər fürsətdə ən çirkin vasitələrdən belə çəkinmir
Ermənistan KİV-ləri özünün təbliğat fəaliyyətində hər fürsətdə ən çirkin vasitələrdən belə çəkinmir
02.04.2015 [10:00]
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin II katibi Könül Süleymanlı Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskinin son şərhlərinə münasibət bildirib.
K.Süleymanlı deyib: “Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskinin Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransındakı çıxışı ilə maraqla tanış olduq. O, Ermənistanda olduğu zaman səsləndirdiyi fikirlərin Ermənistan kütləvi informasiya vasitələri tərəfindən təhrif edildiyini və ona aid olmayan ifadələrin yazıldığını qeyd edib. Ermənistan KİV-lərinin bu kimi fəaliyyəti barədə L.Slutski tərəfindən edilmiş etirafı məmnuniyyətlə qeyd edirik. Bu, bir daha onu göstərir ki, Ermənistan KİV-ləri özünün təbliğat fəaliyyətində hər bir fürsətdə ən çirkin vasitələrdən belə çəkinməyərək, şəxs tərəfindən deyilməyən sözləri onun fikirləri kimi qələmə verir.
Ermənistan dövlətinin tam nəzarətində olan Ermənistan KİV-ləri, o cümlədən, Rusiya nümayəndələrinə münasibətdə bu cür fəaliyyəti Azərbaycan və Rusiya arasında siyasi münasibətlərə xələl gətirmək məqsədi güdür. Bu çirkin təbliğat eləcə də, Azərbaycana qarşı qarayaxma məqsədi daşıyır.
L.Slutskinin ətrafında cərəyan edən hadisələr bir daha ona dəlalət edir ki, xüsusilə, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası əsasən Ermənistan və onun havadarlarından qaynaqlanır.
Beynəlxalq hüquqa zidd destruktiv siyasəti və bu qəbildən olan neqativ fəaliyyəti ilə münaqişənin həllinə mane olmaq əvəzinə, Ermənistanın beynəlxalq ictimaiyyətin israrlı çağırışlarına əməl edərək öz işğalçı qoşunlarını zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verərdi”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

