Mətbuat Şurasının sədri Türk Dünyası Jurnalistləri Şurasının II toplantısında iştirak edir
28.05.2015 [11:08]
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Türk Dünyası Jurnalistləri Şurasının II toplantısı fəaliyyətə başlayıb. 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak etdiyi tədbirə ölkəmizdən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qatılıb.
Toplantı iştirakçıları öncə təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet və jurnalların nümunələri əsasında hazırlanmış media sərgisinə qatılıblar. Sərgidə yaradılmış Azərbaycan guşəsi böyük maraqla qarşılanıb.
MŞ sədri Ə.Amaşov toplantıdakı məruzəsində Türk dünyası ilə bağlı media qurumlarının mövcudluğunun əhəmiyyətindən danışıb, onları bu məkanın dünyaya təsir gücünün artırılmasındakı mühüm vasitələr kimi dəyərləndirib. Qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərindən, Türk dünyası mediasının mövcud dünya düzənindəki rolundan söz açan Ə.Amaşov, həmçinin, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinə toxunub, Azərbaycanda jurnalistikanın vəziyyəti barədə məlumat verib.
Toplantıda Azərbaycan Mətbuat Şurası Türk Dünyası Jurnalistləri Federasiyasının Türk Dünyası Media Mükafatına layiq görülüb.
Tatarıstanın və bütövlükdə Rusiyanın rəsmi nümayəndələrinin, elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanıb, Türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin yanaşma tərzini əks etdirən məqamların təhlili aparılıb.
Qeyd edək ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində baş tutmuşdu.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55

