Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: İCAPP-ın Qadınlar Qolunun III iclasının Bakı şəhərində keçirilməsi çox əhəmiyyətlidir

Məlahət İbrahimqızı: İCAPP-ın Qadınlar Qolunun III iclasının Bakı şəhərində keçirilməsi çox əhəmiyyətlidir

03.09.2015 [10:11]

“Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun III iclasının Bakı şəhərində keçirilməsi çox əhəmiyyətlidir”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, bu cür konfranslar quruma üzv olan dövlətlərdə qadınların inkişafına, qarşıda duran problemlərin həllinə mühüm töhfə verir. Onun sözlərinə görə, uzun illərdir YAP İCAPP-ın aparıcı üzvlərindən biridir.
“Asiyada 70-dən çox ölkə var. İCAPP-da bu ölkələri 300-dən çox siyasi partiya təmsil edir. İCAPP-ın bir neçə mötəbər iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib. Üçüncü ildir ki, İCAPP-ın Qadınlar Qolu mövcuddur. İnanırıq ki, Bakı toplantısında aparılan müzakirələr, qəbul olunan qərarlar təşkilatın işinə böyük töhfələr verəcək”, - deyə M.İbrahimqızı vurğulayıb.

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31