Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 31 mart soyqırımı günü hollandiyada anılıb

31 mart soyqırımı günü hollandiyada anılıb

31.03.2009 [16:17]

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildiriblər ki, 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı qurumun və onun nəzdindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə martın 29-da Rotterdamda etiraz aksiyası keçirilib. Tədbirdə Azərbaycan və türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri iştirak ediblər.
Etiraz aksiyasında iştirak etmiş 200-ə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırımı qurbanlarının sayının göstərildiyi ağ köynəklər geyib və başlarına mavi papaq qoyublar. Əllərində Azərbaycan, Türkiyə və Hollandiyanın bayraqlarını tutmuş aksiya iştirakçıları holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndiriblər. Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumatın (holland dilində)əks olunduğu 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanıb.

Paylaş:
Baxılıb: 1223 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31