Azərbaycan ilə Yaponiya arasında Niyyət Məktubu imzalanıb
28.10.2015 [10:26]
Oktyabrın 27-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Yaponiya arasında səhiyyə sahəsində əməkdaşlıq üzrə Niyyət Məktubu imzalanıb.
Söhbət zamanı Abid Şərifov ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, iqtisadi sahədə əməkdaşlığı xüsusi vurğulayıb. Baş nazirin müavini Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynadığını və bu səfərdən sonra əlaqələrin sürətlə dərinləşdiyini diqqətə çatdırıb. Bildirib ki, bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri əlaqələrimizi daha da möhkəmləndirdi və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan verdi.
Azərbaycanda həyata keçirilən islahatlar barədə qonaqlara məlumat verən Baş nazirin müavini sosial-iqtisadi sahədə əldə edilmiş uğurları qeyd edib. Abid Şərifov Yaponiya kreditləri hesabına Azərbaycanda həyata keçirilən layihələrin önəmindən bəhs edib. O, Yaponiya hökumətinin ölkəmizdə müxtəlif sahələrdə kadrların hazırlanmasına verdiyi dəstəyi xüsusi vurğulayıb. Baş nazirin müavini yapon şirkətlərini yeni sənaye obyektlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye, su və meliorasiya təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri və digər sahələrdə də əməkdaşlığa dəvət edib.
Akira Amari Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. O, yapon şirkətlərinin Azərbaycanın enerji sektorunda və infrastruktur layihələrində fəal iştirakını qeyd edib. Yaponiyalı nazir həyata keçiriləcək yeni layihələrlə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda Abid Şərifov və Akira Amari Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Yaponiyanın Kabinet üzrə Katibliyi arasında səhiyyə sahəsində əməkdaşlıq üzrə Niyyət Məktubunu imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

