Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın iqtisadi uğurları beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur

Azərbaycanın iqtisadi uğurları beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur

31.10.2015 [09:49]

“Doing Business 2016”: Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15, “Elektrik təchizatı
şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49, “Xarici ticarətin aparılması” göstəricisi üzrə isə 72 pillə irəliləyib
Son illərdə dünyada müşahidə edilən iqtisadi böhran hətta dünyanın aparıcı ölkələri üçün ciddi fəsadlara yol açsa da, Azərbaycan sabitlik, inkişaf adası kimi fərqlənir və öz iqtisadi potensialını artırmaqda davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən və milli mənafeyə söykənən siyasət, dünyadakı yeni çağırışlara adekvat olan islahatlar kursu respublikamızı qlobal risklərdən sığortalayaraq daha böyük nailiyyətlərin qazanılmasına real zəmin yaradır, ölkəmizin iqtisadi potensialı ildən-ilə daha da artır. Bu faktı dünyanın aparıcı beynəlxalq reytinq hesabatları da təsdiqləyir.
Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə artırıb
Yeri gəlmişkən, belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq 2015-ci il oktyabr ayının 27-də açıqlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2016” hesabatıdır.
Ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib. Eyni zamanda, “Doing Business 2016” hesabatında 3 göstərici (“Biznesə başlama”, “Tikinti üçün icazələrin alınması” və “Kiçik investorların maraqlarının qorunması”) üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilib.
“Doing Business 2016” hesabatında əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb. Belə ki, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49 pillə, “Xarici ticarətin aparılması” göstəricisi üzrə 72 pillə və s. irəliləyib.
Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub
Hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında “Biznesə başlama” göstəricisi üzrə 7-ci, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 22-ci, “Vergilərin ödənişi” göstəricisi üzrə 34-cü, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 36-cı, “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 40-cı yerdədir. Bununla da, Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.
“Doing Business 2016” hesabatında “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olub və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub. Həmçinin ölkəmizdə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin qəbul edilməsi, tikintiyə icazələrin alınması sahəsində “bir pəncərə” prinsipinin tətbiqi, aidiyyəti şəxslərlə əqdlər bağlanılarkən prosedurların təkmilləşdirilməsi kimi islahatlar nümunə kimi göstərilib.
Vurğulayaq ki, ötənilki hesabatla müqayisədə “Doing Business 2016” hesabatına “Tikinti üçün icazələrin alınması”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Müqavilələrin icrası”, “Əmlakın qeydiyyatı” göstəriciləri üzrə də biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilib.
Hesabatda vurğulanan ən əsas elementlərdən biri də “Doing Business” hesabatının mühüm komponenti sayılan “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə ölkəmizin 67,8 balla qiymətləndirilməsidir. Xatırladaq ki, ötənilki hesabatda bu rəqəm 64,08 bal olub. Əldə olunan bu artım Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatların daha bir göstəricisidir.
Azərbaycan MDB ölkələri arasında birinciliyini qoruyur
Bəli, hər bir ölkənin ümumi inkişafını şərtləndirən amillər sırasında iqtisadiyyatın güclənməsi mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması belə mühüm uğurların əldə olunmasını şərtləndirir. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb. Eləcə də son 12 ildə Azərbaycan iqtisadiyyatının genişlənməsinin miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Hətta ekspertlər belə mülahizələr irəli sürürlər ki, Azərbaycanın iqtisadi inkişafı bu templərlə davam edəcəyi təqdirdə gələcəkdə Cənubi Qafqaz iqtisadiyyatı dedikdə məhz ölkəmizin iqtisadiyyatı başa düşüləcək.
Xatırlatmaq lazımdır ki, bir müddət öncə açıqlanan Dünya İqtisadi Forumunun (World Economic Forum) qlobal rəqabətlilik indeksinə görə də Azərbaycan 140 ölkə arasında 40-cı yerdə qərarlaşıb. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb. Beləliklə, Azərbaycan yenə də dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31