Tarixin ibrət dərsləri unudulmamalıdır
07.04.2009 [17:57]
Ermənistan kütləvi informasiya vasitələri yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədinin açılacağı və iki ölkə arasında diplomatik münasibətlərin qurulacağı barədə xəbərlər yaymaqdadır. Sərhədlər hələ açılmamış bədnam qonşularımızın ekspertləri sevincək halda tələm-tələsik öz erməni təxəyyüllərinə məxsus fikirləri geniş ictimaiyyətə çatdırmağa çalışırlar. Onlar iddia edirlər ki, rəsmi şəxslərin bu məsələdə susması artıq sərhədlərin açılması anlamına gəlir. Ermənisayağı düşünən ekspertlər ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərinə böyük ümidlər bağlayır, Türkiyənin xarici işlər nazirinin aprelin 16-da Yerevanda nəzərdə tutulan görüşdə iştirakına xüsusi məna verirlər. Panarmenian.net saytında dərc olunmuş erməni politoloqunun şərhində bildirilir ki, guya “Ermənistanla Türkiyə arasında münaqişə yoxdur, Dağlıq Qarabağ problemi heç vəchlə Türkiyə ilə bağlı deyildir. Axır ki, Ankara “Bakı asılılığı”ndan qurtarmağa qərar verdi”. Amma Ermənistanın “dərin düşüncə sahibləri” unudurlar ki, Azərbaycanla Türkiyə qardaşlığı dərin tarixi köklərə söykənir və heç nə, hətta öz məkrliyi ilə seçilən erməni hiyləgərliyi də bu dostluğa və qardaşlığa xələl gətirə bilməz.
Əlbəttə ki, Türkiyənin öz dövlət maraqları var və Azərbaycan Türkiyənin mövqeyinə hörmətlə yanaşır. Ermənistan tərəfi isə sərhədlərin açılmasını Türkiyənin Şərq əyalətlərinə, onların təbirincə desək, “Qərbi Ermənistana” çıxış kimi dəyərləndirir. Ermənilər “Türkiyənin səsi” radiostansiyasında erməni dilində verilişlərin yayıma başlamasını isə qonşu dövlətin “gəlin dostluq şəraitində yaşayaq” yalvarışları kimi şərh edirlər. Budur əsl erməni məkrinin mahiyyəti.
Azərbaycan tərəfi, təbii olaraq, öz milli maraqlarından çıxış edərək, Türkiyə-Ermənistan danışıqlarını diqqətlə izləyir və Türkiyənin Azərbaycana hərhansı bir şəkildə xələl gətirəcək addım atacağına inanmır, çünki biz ulu öndər Heydər Əliyevin təbirincə desək “bir millət iki dövlətik”. Türkiyə ictimaiyyəti, heç şübhəsiz, ermənilərin Türkiyəyə torpaq iddialarını, uydurma “erməni soyqırımı”nı, qardaş dediyi Azərbaycanın 20 faiz ərazisinin erməni qəsbkarları tərəfindən işğalını, Xocalıda ermənilərin törətdikləri vəhşilikləri, 1 milyondan çox azərbaycanlının öz torpağında qaçqına çevrildiyini yaxşı bilir. Tarixin ibrət dərslərini unutmaq, ancaq və ancaq yeni fəlakətlərə yol aça bilər.
Son dövrdə bir sıra kütləvi informasiya vasitələrində şərh olunan bu məsələ təbii ki, Azərbaycan ictimaiyyətini narahat edir. çünki bədnam qonşularımızın Azərbaycan ərazilərində dəfələrlə apardıqları etnik təmizləmə siyasətindən və erməni terrorundan əziyyət çəkmiş azərbaycanlılar Türkiyə-Ermənistan sərhədlərinin açılmasından yaxşı heç nə gözləmirlər. Heç də təsadüfi deyil ki, Milli Məclisin 3 aprel tarixli iclasında parlamentin spikeri Oqtay Əsədov bu məsələyə toxunaraq bildirib ki, “Parlamentin Sədri kimi mən hesab edirəm ki, sərhədlərin açılması heç vaxt Azərbaycanın xeyrinə işləyə bilməz. Azərbaycan ictimaiyyəti inanır ki, Türkiyə hökuməti və ictimaiyyəti Azərbaycan-Türkiyə dostluğuna xələl gətirə biləcək hərhansı bir qərara imza atmaz. çünki tarixin ibrət dərsləri unudulmamalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34

