Almaniyalı deputat Qərbin anti-Azərbaycan təbliğatını tənqid edib
19.11.2015 [10:05]
“Rhein-Zeitung” qəzeti Almaniyanın Reyn-Pflats federal torpağı parlamentinin deputatı Rəhim Şmitin Qərb mətbuatının və bəzi siyasi qüvvələrin apardığı anti-Azərbaycan fəaliyyətini tənqid atəşinə tutan məqaləsini dərc edib. Əslən İran azərbaycanlısı olan Rəhim Şmit əvvəllər Yaşıllar Partiyasının üzvü olub, 2015-ci ildə partiyanı tərk edib. Hazırda bitərəfdir.
“Qərbin Azərbaycana münasibətdə adi hal almış birtərəfli mövqeyi” başlıqlı məqalədə Rəhim Şmit Qərbin anti-Azərbaycan fəaliyyətini Yaxın Şərq və ya Ukraynaya münasibətdə buraxdığı səhvlərin təkrarlanması kimi qiymətləndirir.
Müəllif Azərbaycanı geosiyasi baxımdan çox mürəkkəb və həssas bir regionda təhlükəsizlik “lövbəri” adlandırır. Bununla belə, Azərbaycanın Qərb tərəfindən layiqli və məntiqli dəstək almadığını vurğulayır.
ATƏT-in DTİHB qurumunun son parlament seçkilərini müşahidə etməkdən imtinasına toxunan Şmit vurğulayır ki, Azərbaycan haqlı olaraq digər ölkələrin nümunəsində olduğu kimi, seçki müşahidəçilərinin sayını ölkə əhalisinin sayına və ərazisinə müvafiq surətdə müəyyənləşdirilməsini tələb edib, amma bu tələb qəbul olunmayıb. Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina qərarı isə yanlış addım idi.
Müəllif bildirir ki, ikili standartlara əsaslanan, uzaqgörən olmayan siyasətin ağır nəticələrini Almaniya və digər region ölkələrində qaçqınlar probleminin timsalında görmək mümkündür. Belə siyasət uzun müddət davam edə bilməz. Qaçqınlar məsələsinə görə Avropa İttifaqının Türkiyə siyasətini dəyişməyə məcbur olması bunun sübutudur.
Rəhim Şmit Avropa Parlamenti, Bundestaqın Yaşıllar Fraksiyası və Qərb KİV-lərinin Azərbaycanı daim və hər şeyə görə tənqid etməsinin adi hala çevrildiyini bildirir. Onun fikrincə, Almaniyada Azərbaycan barədə neqativ imic yaratmaq cəhdləri iki ölkə arasında etimada zərbə vurur, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün geniş baza yaradılmasına yönəlmiş fəaliyyəti çətinləşdirir. Halbuki Azərbaycanın imkanlarına etibarlı əməkdaşlıqla dəstək verilməli və müsbət təcrübələr onunla bölüşdürülməlidir.
Müəllif daha sonra Azərbaycanı regionda nümunəvi dünyəvi müsəlman ölkəsi adlandırır. Bildirir ki, bu ölkədə qadınlar diskriminasiya edilmir. Cinayətlərin göstəricisi çox aşağıdır. İnternetdə tam informasiya azadlığı hökm sürür. Ölkəyə giriş və çıxışa hər hansı məhdudiyyət yoxdur. Azərbaycan ərazisində 40 xristian dini icması, 30 xristian kilsəsi, 6 sinaqoq və 5 yəhudi məktəbi fəaliyyət göstərir.
Rəhim Şmit, həmçinin qeyd edir ki, Azərbaycanda vətəndaşlar üçün bürokratik əngəllərin aradan qaldırılmasına yönələn layihələr Almaniya üçün də nümunə ola bilər.
Məqalədə vurğulanır ki, çox çətin geosiyasi məkanda yerləşən Azərbaycan öz yolunu tapmaq və Avropa, o cümlədən Almaniya ilə körpülər yaratmaq istəyir.
Xəbər lenti
Hamısına baxİdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31

