Şahbuz şəhərində Bayraq Meydanı istifadəyə verilib
19.11.2015 [10:09]
Noyabrın 18-də Şahbuz şəhərində Bayraq Meydanı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: Hər bir dövləti digərlərindən fərqləndirən rəmzlər - bayraq, gerb, orden, pul nişanı və sair atributlar mövcuddur. Bunların içərisində bayraq mühüm yer tutur. Çünki bayraq dövlətlərin müstəqillik və suverenlik rəmzidir. Üçrəngli bayrağımızın ali dəyərindən bəhs edən Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Başımız üstündə dalğalanan bayrağımız türk ruhunun təntənəsini dünyaya nümayiş etdirir”.
Ali Məclisin Sədri deyib: Üçrəngli bayrağımızın dövlətçilik rəmzi kimi yenidən yüksəldilməsi siyasi tariximizdə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Ulu öndərin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi Qərar qəbul olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilmişdir. Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycanın dövlət rəmzlərini və atributlarını daim uca tutur. Bakı şəhərində dünyanın ən hündür bayrağının dalğalanması, ölkəmizin bölgələrində də bayraq meydanlarının yaradılması bu siyasətin nəticəsidir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da dövlət rəmzlərinə hörmətlə yanaşılır. Ötən il Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilib, hər il noyabrın 17-nin Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınıb. Həmçinin, bu sahədə aparılan elmi araşdırmaların nəticəsi olaraq Rusiya arxivlərindən Naxçıvan xanlığının dövlət və döyüş bayraqları aşkara çıxarılaraq Dövlət Bayrağı Muzeyinə təqdim olunub.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, dövlət bayrağına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə xidmət edir. Bu baxımdan dövlət bayrağının məna və məzmunu gənclərə düzgün izah edilməlidir. Təhsil müəssisələri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi dövlət rəmzlərinin təbliği sahəsində sistemli tədbirlər görməlidirlər. Bayraq xalqın varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq iradəsinin əsasıdır. Bayrağa sevgi vətənə sevgidir, xalqa sevgidir, dövlətçiliyə sevgidir. Hər birimizdə böyük iftixar hissi doğurur ki, bu gün xalqımız üçrəngli bayrağımızın altında bir məqsəd və amal uğrunda - müstəqil Azərbaycan naminə birləşmişdir!
Ali Məclisin Sədri tədbir iştirakçılarına Azərbaycan naminə fəaliyyətdə uğurlar arzulayıb, Şahbuz şəhərində Bayraq Meydanının istifadəyə verilməsi münasibətilə təbrik edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış tədbirində səsləndirdiyi fikirlərlə tamamlayıb: “Bayrağımız qürur mənbəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Məktəbli Səma Xəlilli şair Asim Yadigarın “Azərbaycan bayrağı” şeirini bədii qiraət edib:
Seyr etməkdən doymuram
Türkün qədim rəngini.
Özündə cəm etmisən
Yurdumun ahəngini-
Azərbaycan bayrağı!
Sən ey mavi göylərin
Üçrəngli göy qurşağı.
Uğrunda can verərəm
Sən ucalan torpağın-
Azərbaycan bayrağı!
Sən canlıdan canlısan
Nəfəsin var, səsin var!
Dünyanın hər yerindən
Görünmək qüdrətin var-
Azərbaycan bayrağı!
Kölgəndən qorxanları
Yandırdı için-için.
Ulu HEYDƏR ucaltdı
Səni - yaşatmaq üçün
Azərbaycan bayrağı!
Sonra Ali Məclisin Sədri qurğunu işə salıb, alqış sədaları altında üçrəngli Dövlət bayrağımız yüksəlib.
Ali Məclisin Sədri Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, meydandakı bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 50 metrdir. Burada dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Səkkizguşəli ulduz formasındakı postament eyni quruluşa malik sütunlarla əhatə olunub.
Milli ornamentlərin əks olunduğu memarlıq elementləri ilə dizayn edilmiş Bayraq Meydanında müasir işıqlandırma sistemləri quraşdırılıb, gülkarlıqlar salınıb, oturacaqlar qoyulub. Həmçinin, meydanın ətrafında da geniş abadlıq işləri görülüb, 4 hektar ərazidə meyvə bağı salınıb.
Bayraq Meydanı ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri deyib: Şahbuzda geniş quruculuq işləri həyata keçirilmiş, rayon mərkəzi inkişaf edərək qəsəbədən şəhərə çevrilmişdir. Bu gün istifadəyə verilən Bayraq Meydanı da aparılan quruculuq tədbirlərinin davamıdır. Bayraq o yerdə yüksəlir ki, orada ölkənin adı uca tutulur. Ölkənin adını ucaldanlar isə təhsilli, vətənpərvər, dövlətinə və xalqına sədaqət ruhunda böyüyən gənclərdir. Ona görə də hər bir ailədə gənclərə dövlət rəmzlərinə və atributlarına hörmət hissi aşılanmalı, Bayraq Meydanında məktəblilərin iştirakı ilə müxtəlif tədbirlər keçirilməli, onlara bayrağın mənası, müqəddəsliyi izah olunmalıdır. Gənclər isə yaxşı təhsil alaraq gələcəkdə öz əməlləri ilə bayrağımızın ucalığını qorumalıdırlar.
Xəbər lenti
Hamısına baxİdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31

