/ / Əli Həsənov: YAP ümumxalq partiyası kimi yaranıb və bu gün də həmin statusda Azərbaycanı idarə edir
Əli Həsənov: YAP ümumxalq partiyası kimi yaranıb və bu gün də həmin statusda Azərbaycanı idarə edir
21.11.2015 [10:30]
“Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ehtiyaclarından yaranmış bir partiyadır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Sədri, Azərbaycan xalqının Ümummilli lideri olan Heydər Əliyev ölkənin ictimai-siyasi, daxili ehtiyaclarından, insanların düçar olduğu gündəlik qayğılardan, problemlərdən, dövlətin rastlaşdığı gərgin vəziyyətdən çıxış edərək, bir qrup qabaqcıl ziyalının müraciətinə cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiya, həqiqətən, Azərbaycanın o dövrdəki siyasi çətinliklərindən irəli gələrək yaradıldı və qısa müddət ərzində ümummilli partiyaya çevrildi”. Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, həmin dövrdə Azərbaycanda partiyaların təsnifatı sağçılar, solçular, kommunistlər, müəyyən qədər daha çox fərqli insan təbəqəsini, qruplarını təmsil edən ideoloji postulatlar üzərində qurulurdusa, Yeni Azərbaycan Partiyası birbaşa bütün xalqın maraqlarının ifadəçisi formasında meydana çıxdı və qısa müddət ərzində təşkilatlanaraq, bütün xalqın partiyası statusunu aldı. Təxminən yarandığı noyabr ayından iyun ayına qədər olan 6-7 ay ərzində fövqəladə vəziyyətdə təşkilatlanma kursu keçdi, bütün ölkə ərazisində partiyanın şəhər və rayon təşkilatlarının yaradılması istəyilə meydana çıxan ziyalılar onun təsis konfranslarını keçirdilər.
Onun sözlərinə görə, baş verən hadisələrin fonunda Heydər Əliyevin odövrkü hakimiyyət tərəfindən Bakıya dəvət olunmasına, xalqın tələbilə yenidən parlamentə Sədr, qısa vaxtdan sonra Prezident seçilməsinə qədər artıq Yeni Azərbaycan Partiyası çətin bir şəraitdə təşkilatlanmışdı, formalaşmışdı və bitkin siyasi təşkilata çevrilmişdi. Sonrakı hadisələr isə göstərdi ki, YAP Azərbaycanın taleyini çiyinlərinə götürməyə, onun idarəçiliyini əlinə almağa və dövləti, xalqı həmin böhranlı vəziyyətdən çıxarmağa qadir partiyaya çevrilmişdi.
“Prezident İlham Əliyevin YAP-a Sədr seçilməsindən sonra Azərbaycanın gənclik mühitində ciddi bir canlanma müşahidə olunmağa başladı. Əlbəttə ki, Heydər Əliyev dövlətin xilası, qurulması və inkişafı mərhələsində əvəzedilməz siyasətçi idi. Azərbaycan dövlətçiliyinin yeni dövründə isə, yəni 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev dövlət rəhbəri kimi ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə gətirdi. Həqiqətən də, çəkinmədən demək olar ki, 2004-cü ildən başlayaraq, Azərbaycanın inkişafında, YAP-ın fəaliyyətində bütün parametrlər üzrə yeni mərhələ başladı. Bu, bir faktdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçiliyinin inkişafının bitkin konsepsiyasını yaratdı, hakimiyyətə gəlmənin sivil ənənələrini formalaşdırdı. Bu mənada YAP 1995-ci ildə çoxpartiyalı sistem əsasında yeni parlament formalaşdırdı, Konstitusiyanı qəbul etdi. Bu Konstitusiyanın isə təməl prinsipləri Azərbaycan demokratik inkişafını şərtləndirir, insanların hüquq və azadlıqlarının bütün spektrlərini təmin edir, ölkənin bazar iqtisadiyyatı yolu ilə dünyanın qabaqcıl dövlətlərilə inteqrasiya xəttini təlqin edir, dövlətimizin bölgənin və dünyanın əsas inkişaf etmiş, sülhvevər ölkələrilə birgəyaşayış normalarına əsaslanan siyasətinin həyata keçirilməsini təşkil edir. Əlbəttə ki, YAP bütün bu proseslərin əsasında dayanırdı. Məhz Ümummilli lider YAP-a söykənərək dövlətçiliyimizin qorunması və inkişafını həyata keçirirdi. Bu gün isə Prezident İlham Əliyev YAP-a söykənərək real siyasət həyata keçirməkdədir. Vurğuladığım kimi, YAP ümumxalq partiyası kimi yaranıb və bu gün də həmin statusda Azərbaycanı idarə edir, gələcəkdə də xalıqımızın bütün ehtiyaclarına, istək və arzularına cavab verə bilən partiya kimi qalacaq”, - deyə Əli Həsənov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

