Əli Əhmədov: Yeni Azərbaycan Partiyası yarandığı gündən uğurlara imza atan siyasi təşkilatdır
21.11.2015 [10:30]
“Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyev şəxsiyyətində əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində cəmiyyətin gözləntisini doğruldub. Yeni Azərbaycan Partiyasının əsas məqsədi Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycan cəmiyyətini kökləyərək inkişafın əsas istiqamətlərini müəyyənləşdirməkdən ibarət olub”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, partiya yarandığı gündən uğurlara imza atan siyasi təşkilatdır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasını daim nailiyyətlər müşayiət edib. YAP-ın uğurları isə, eyni zamanda, Azərbaycan xalqının uğurları kimi qiymətləndirilməkdədir.
“YAP taleyinə uğurlar yazılmış bir siyasi təşkilatdır. Bu, yalnız Yeni Azərbayan Partiyasının deyil, eyni zamanda, müasir Azərbaycanın taleyidir. Bu uğurlar sadəcə bir təşkilatın əldə etdiyi uğurlar deyil, eyni zamanda, Azərbaycan xalqının, dövlətinin əldə etdiyi uğurlardır. YAP-ın əldə etdiyi nailiyyətlər ölkəmizin inkişafında və uğurlarında öz əksini tapan və bütövlükdə ötən dövr ərzində Azərbaycanın 23 il bundan əvvəlki təlatümlü, eləcə də hər bir Azərbaycan vətəndaşını narahat edən vəziyyətdən bu gün sürətlə inkişaf edən qüdrətli Azərbaycana gətirməkdən ibarət olan inkişaf mərhələsi idi”, - deyə Əli Əhmədov vurğulayıb.
YAP Sədrinin müavini qeyd edib ki, bu gün Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımıza və dövlətimizə böyük uğurlar qazandırır. “Bu siyasət ötən illər ərzində hər bir Azərbaycan vətəndaşına uğur, əmin-amanlıq, sevinc bəxş edən bir siyasətdir. Bu inkişafa və tərəqqiyə Yeni Azərbaycan Partiyasının 660 mindən artıq üzvünün hər biri öz töhfəsini verməkdədir” - deyən Əli Əhmədov qeyd edib ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında yer almağı əsas hədəf kimi qarşıya qoyub.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu bəyan edir. Bunları həyata keçirmək üçün ciddi əsaslar var”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov partiyamızın sıralarında gənclərin də böyük üstünlük təşkil etməsini perspektiv baxımından mühüm amil kimi dəyərləndirib: “Həqiqətən, YAP-ın sıralarında təkcə say etibarilə çoxlu gənclər birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir. YAP-ın gəncləri Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Bunun ən bariz ifadələrindən biri bu ilin noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkilərində gənclərin seçki kampaniyasında fəal iştirak etməsidir. Ölkə gənclərinin seçki kampaniyasına qoşulmasında, partiyamızın namizədlərinin dəstəklənməsində, səsvermədə fəal iştirak etməsində partiyamızın gənclərinin apardığı təşviqat kampaniyası əhəmiyyətli rol oynayıb. YAP-ın gəncləri sözün həqiqi mənasında özündə böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir və bu gün Azərbaycanın gələcəyinə inamla baxmaq üçün çox etibarlı əsaslar yaradır. Qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri onlara gənclik gününü bəxş etmiş Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar, əksinə fəaliyyətlərində bütünlüklə bu ideyalara istinad edirlər. Çünki bu ideyalar onların formalaşmasına bilavasitə köməklik göstərib”.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

