/ / Beynəlxalq konfransda Azərbaycan dövlətinin gender siyasətinin müsbət nəticələri barədə məlumat verilib
Beynəlxalq konfransda Azərbaycan dövlətinin gender siyasətinin müsbət nəticələri barədə məlumat verilib
10.12.2015 [10:16]
Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu, bu qurumun Qadın Təşkilatı və Türkiyə hökumətinin birgə təşkilatçılığı ilə İstanbulda qadınlara qarşı zorakılığın dayandırılması mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilir.
Konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova təmsil edir. Konfrans çərçivəsində keçirilmiş “Qadına və qız uşaqlarına qarşı zorakılığın qarşısının alınması modeli” mövzusunda panelə sədrlik edən Hicran Hüseynovanın digər paneldə də çıxışı dinlənilib.
Postsovet məkanda ilk dəfə Azərbaycanda qadın məsələləri üzrə dövlət qurumunun yarandığını diqqətə çatdıran Hicran Hüseynova ölkəmizdə qadına qarşı zorakılığın aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Təcavüzkar Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdıran komitə sədri bildirib ki, doğma yurd-yuvalarından didərgin düşən azərbaycanlı qadınlara aid problemlərin əsasında hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi dayanır.
Hicran Hüseynova Azərbaycanda gender siyasətinin müsbət nəticələri, o cümlədən bu sahədə mükəmməl hüquqi bazanın mövcudluğu, qadına qarşı zorakılıq hallarının aradan qaldırılması üçün çevik icra mexanizminin fəaliyyəti barədə də danışıb. Bildirib ki, bütün ölkələrdə xalqların öz dəyərləri, mili adət və ənənələri çərçivəsində qadın zorakılığının qarşısının alınması məqsədi ilə elmi əsaslara və beynəlxalq təcrübəyə söykənən çevik mexanizmlər qurması daha məqsədəuyğun olardı. Bundan başqa, qadın hüquqlarına dair Beynəlxalq konvensiyalarda müəyyən olunan bütün məsələlərin həyata keçirilməsinə dair əsaslar müəyyənləşdirilməlidir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən dövlət gender siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu sahədə həyata keçirilən əsaslı layihələr barədə məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Hicran Hüseynova beynəlxalq konfransa qadın zorakılığının qarşısının alınması, eləcə də dövlət gender siyasətinə dair Azərbaycan modelinin digər ölkələrdə tətbiqi yollarını iştirakçı tərəflərə çatdırmaq məqsədilə dəvət olunub.
Konfrans işini dekabrın 11-dək davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

