Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri tarixi hadisədir
15.12.2015 [10:23]
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə dekabrın 8-dən 11-dək Çində dövlət səfərində olub. Azərbaycan dövlətinin başçısının bu səfəri həm Azərbaycan, həm də Çin və xarici KİV-lərdə geniş işıqlandırılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səfərin sona çatması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinin tarixi xarakterini qeyd edərək, bu səfərin yekunları haqqında müfəssəl məlumat verib. Çin Xalq Respublikasının Sinxua Dövlət Agentliyi Novruz Məmmədovun Bakıdakı bəyanatı barədə “İlham Əliyevin Çinə səfəri tarixi hadisədir” sərlövhəli məqalə dərc edib.
AZƏRTAC “Sinxua”nın materialını təqdim edir.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov şənbə günü jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri forma, məzmun və status baxımından tarixidir”.
O vurğulayıb ki, dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çox mühüm tarixi hadisə oldu. Hər bir dövlətdə ildə iki və ya üç səfərə dövlət statusu verilir. Azərbaycan Prezidentinin Çinə səfərinə bu statusun verilməsi xüsusi yanaşmanın göstəricisidir. Səfərin özü, danışıqlar, görüşlər, imzalanmış on sənəd bunu təsdiqləyir. Elə sahə olmadı ki, əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparılmasın.
Novruz Məmmədov vurğulayıb ki, Çin və Azərbaycan sabit və təhlükəsiz şəraitdə uğurlu və davamlı inkişafı təmin edən dövlətlərdir. Biz bir-birimizə qarşılıqlı hörmət etmək, qarşılıqlı maraqları qorumaq, faydalı əməkdaşlıq etmək niyyətindəyik. Buna heç nə mane ola bilməz. Odur ki, bütün sahələrdə əməkdaşlığın inkişafı, bu sahədə qətiyyətin nümayiş etdirilməsi, iradənin ortaya qoyulması böyük əhəmiyyət daşıyır. Hətta Çin Xalq Respublikasının sədri belə bir fikir səsləndirdi ki, Azərbaycan ilə Çin arasında qədimdən əlaqələr olub. Bu əlaqələr xalqlarımız arasında da çox qədimdən olub. Onu isə Azərbaycan Prezidenti ilə şəxsi dostluq münasibətləri birləşdirir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və digər bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çox məzmunlu, mövqelərin üst-üstə düşdüyü söhbət aparılıb. Beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq xüsusi vurğulanıb. Bu ilin birinci yarısında Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu. Həmçinin maliyyə-bank sahəsində əməkdaşlığın xüsusi yeri qeyd edilib.
N.Məmmədov diqqətə çatdırıb ki, Çin rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ədalətli həlli məsələsinə çox qətiyyətli dəstək göstərib və bundan sonra da bu mövqedə olacağını vurğulayıb. Azərbaycan tərəfi bəyan edib ki, “Vahid Çin” prinsipi üzrə həmişə öz konkret mövqeyini bildirəcək. Bunun çox böyük əhəmiyyəti var.
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55

