İlyas Umaxanov: Bizim ölkələrdə bu cür müdaxilələr uğursuzluğa məhkumdur
31.12.2015 [09:49]
“Bütövlükdə humanitar əməkdaşlıq Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir”. RF Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov bu fikri Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya ilə söhbətində söyləyib.
İ.Umaxanov Rusiya ilə Azərbaycan arasında parlamentlər səviyyəsində əlaqələrin möhkəmlənməsini və inkişafını, habelə Azərbaycan tərəfindən həmsədri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov olan Federal Məclis ilə Milli Məclisin əməkdaşlığı üzrə Parlamentlərarası komissiyanın fəal işini xüsusi qeyd edib. İlyas Umaxanovun sözlərinə görə regionlararası əməkdaşlıq problemləri, hər iki ölkənin rəqabət qabiliyyətinin artırılmasının qanunvericiliklə təminatı, neft emalı, neft kimyası və bərpa edilən enerji mənbələri sahəsində ikitərəfli elmi-texniki əməkdaşlıq məsələləri bu komissiyanın diqqət mərkəzindədir.
Parlamentarilərin fəal iştirak etdikləri daha bir qurum iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasıdır. Bu komissiyaya Rusiya tərəfdən baş nazirin müavini Dmitri Roqozin, Azərbaycan tərəfdən - baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Komissiyanın bu il oktyabr ayında keçirilmiş XV iclasında Azərbaycan MDB ölkələri arasında Rusiyanın ən effektiv tərəfdaşlarından biri adlandırılıb. İclasda həmçinin, aqrar sahədə əməkdaşlığın inkişafı, o cümlədən Rusiyaya daha göndərilməyən, sanksiyalı məhsulların Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları ilə əvəz edilməsi məsələsi müzakirə olunub.
İlyas Umaxanov vurğulayıb: “Xarici işlər naziri Sergey Lavrov da Bakıda səfərdə olarkən Parlamentlərarası əlaqələrin nəzərəçarpacaq dərəcədə artmasını qeyd edib. Azərbaycanın Moskvadakı səfirliyi və şəxsən səfir Polad Bülbüloğlu rusiyalı parlamentarilərə çox böyük kömək göstərir”.
İ.Umaxanov Azərbaycanda rus dilinin geniş tətbiq edilməsi ilə bağlı məmnunluğunu bildirərək deyib: “Söhbət təkcə rus dilindən getmir. Biz qonşularımızın da dilinə, mədəniyyətinə marağı təşviq etməliyik. Əks halda ticari-iqtisadi sahədə də qarşılıqlı anlaşma və tərəqqi olmayacaq. Şair Rəsul Həmzətov yazırdı: “Əgər sən keçmişinə tapançadan atəş açsan, gələcək sənə topdan atəş açacaq”. Dünyada elə qüvvələr var ki, onlar Rusiyanın və Azərbaycanın uğurlu və firavan olmasını istəmir, lakin mən əminəm ki, bizim ölkələrdə bu cür müdaxilələr uğursuzluğa məhkumdur”.
Siyasətçi öz sözlərinin əyani sübutu kimi belə bir faktı göstərib ki, Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş tədbirlərdə, o cümlədən Qızıl meydanda keçirilən hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
RF Federal Məclisi Federasiya Şurası sədrinin müavini vurğulayıb ki, Azərbaycanla Rusiyanı müştərək quruculuq layihələri də birləşdirir. Məsələn, vaxtilə Baykal-Amur Magistralının tikintisində müttəfiq respublikalar fəal iştirak edirdi. O cümlədən “AzBAMstroy” tikinti-quraşdırma idarəsinin qüvvəsi ilə inşa olunan Anqoya stansiyasının tikintisinə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev kuratorluq edirdi. BAM-ın tikintisində Azərbaycan xalqının Ümummilli liderinin möhtəşəm böyük rolunu xatırlayaraq 2008-ci ildə Anqoya stansiyasının vağzalına Heydər Əliyevin adı verilib. İlyas Umaxanovun fikrincə, tarixin bu cür səhifələrini qayğı ilə qoruyub saxlamaq və sonrakı nəsillərə çatdırmaq lazımdır.
Başa çatmaqda olan il bütün dünyada çox gərgin keçib. Adətən sakitlik hökm sürən Avropa amansız terror aksiyaları, miqrant axını, millətçi və ksenofobiya əhval-ruhiyyəsinin artması, konfessiyalararası münaqişələrlə əlaqədar mürəkkəb dövr yaşayır. Rusiya və Azərbaycan Avropa dövlətləri üçün gözəl nümunə ola bilər: bu ölkələrdə müxtəlif dinlərə etiqad bəsləyən insanlar nəinki yanaşı yaşamağı, həm də dostluq münasibətləri saxlamağı bacarır. İlyas Umaxanov bu faktı onunla izah edib ki, hər iki ölkənin rəhbərliyi səmərəli əməkdaşlıqda marağı olan hər kəsin səylərini birləşdirməyi bacarır. Rusiya və Azərbaycan parlamentariləri öz müsbət təcrübəsini xarici ölkələrdəki həmkarları ilə bölüşməyə hazırdırlar.
Müsahiblər informasiya müharibələri kimi aktual məsələdən də yan keçməyiblər. Məsələn, bu il noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə əlaqədar Azərbaycan Qərb KİV-ləri tərəfindən çox sərt tənqidə məruz qalıb. Həmin KİV-lər Azərbaycanın hakimiyyət orqanlarını guya səsvermə qaydalarının pozulmasında ittiham edirlər. Lakin İlyas Umaxanov bu fikirlə əsla razı deyil. O deyib: “Mən Azərbaycanda həm prezident seçkilərində, həm də parlament seçkilərində MDB-dən olan müşahidəçilər missiyasında dəfələrlə iştirak etmişəm. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər keyfiyyətli təşkil olunur, səsvermənin sərbəst və demokratik keçirilməsi prosedurlarına yüksək səviyyədə riayət edilir. Əminəm ki, ölkələrimizin rəhbərliyinin yürütdüyü kursun xalq tərəfindən dəstəklənməsi və dövlət aparatının səmərəli işi sülhü və mehriban qonşuluq münasibətlərini qoruyub saxlamaqda bizə kömək edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

