Müdafiə naziri Gəncədəki hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib
06.01.2016 [09:36]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən “Açıq qapı” gününün keçirilməsi ənənəyə çevrilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən “Açıq qapı” günü də xalqla ordunun birliyinin təzahürü olub.
Gəncə şəhərindəki hərbi hissədə keçirilən “Açıq qapı” günündə əsgər valideynləri, Milli Məclisin deputatları, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əlamətdar gün münasibətilə hərbi hissəyə gələn müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyublar.
Sonra əsgər valideynləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri ilə görüşən müdafiə naziri bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Z.Həsənov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində müasir tələblərə cavab verən hərbi şəhərciklər istifadəyə verilib, şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Məqsədimiz budur ki, ölkə rəhbərliyinin və xalqımızın bizə göstərdiyi yüksək etimadı doğruldaq, işğal altında olan torpaqlarımızı azad edək.
Əsgər valideynləri ilə səmimi söhbət edən nazir onları maraqlandıran sualları cavablandırıb. Qeyd edib ki, əsgər valideynləri, ictimaiyyət nümayəndələri onları narahat edən məsələlər, problemlər barədə istədikləri vaxt müraciət edə bilərlər.
Şəki rayonundan gəlmiş əsgər atası Nağı Tağıyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini qeyd etməklə ordu quruculuğuna böyük diqqət yetirildiyini bildirib. “Əsgər və zabitlərimizə göstərilən qayğı bir valideyn kimi də məni sevindirir. Qürur hissi keçirirəm ki, bu gün oğlum Yadigarlı Tural da etibarlı vətən müdafiəçiləri sırasındadır”, - deyə N.Tağıyev deyib.
Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı son illər həyata keçirilən tədbirlərin vətənimiz və xalqımız üçün qürurverici olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkəmizin bütün guşələrində hərbi qulluqçular üçün müasir tələblərə cavab verən, hərbi xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb. Qətiyyətlə demək olar ki, hərbi qulluqçularımızın vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir. Biz cəbhə bölgələrində dediklərimizin dəfələrlə şahidi olmuşuq. Bu gün bizim üçün həm də unudulmayan, yaddaşlara yazılan bir gündür. Hərbi qulluqçularla bayramları birgə qeyd edirik. İnanıram ki, dövlətimizin, ordumuzun və xalqımızın gücü ilə növbəti bayram günlərini Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında və digər müvəqqəti işğal altında olan torpaqlarımızda keçirəcəyik.
95 yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov və əsgər anaları xalqımıza ən böyük arzumuz, istəyimiz olan qələbə sevinci arzulayıblar.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev çıxış edərək hərbi qulluqçuları, əsgər valideynlərini bayram günləri münasibətilə təbrik edərək onlara qələbələr arzulayıb.
Müdafiə naziri tədbir iştirakçılarını əsgərlərin həyat şəraiti ilə yaxından tanış olmaq üçün əsgər yataqxanalarına, idman meydançasına və yeməkxanaya dəvət edib. Tədbir iştirakçıları idman meydançasına gələrək əsgərlərin fiziki hazırlıq məşğələsinə tamaşa edib, müxtəlif idman tapşırıqlarını izləyiblər. Nazir onlarla birgə əsgər yataqxanalarına, istirahət otaqlarına baş çəkib. Valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Sonra valideynlər, ictimaiyyət nümayəndələri, qonaqlar əsgər yeməkxanasında əsgərlərlə birgə nahar ediblər. Azərbaycan Respublikasının Xalq artisti Azərinin oxuduğu mahnılar rəğbətlə qarşılanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19

