/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
19.01.2016 [10:11]
Əli Əhmədov: Ötən il ərzində Azərbaycanın müasirləşməsi, modernləşməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi istiqamətində uğurlu siyasət həyata keçirilib
Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov 2016-cı ilin ölkəmiz, xalqımız və partiyamız üçün uğurlu olmasını arzulayıb. O, əmin olduğunu bildirib ki, bu ildə də partiyamızın yerli strukturları səmərəli fəaliyyət göstərərək ümumi inkişafa öz töhfələrini verəcəklər.
2015-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu deyən YAP Sədrinin müavini qeyd edib ki, ötən il ərzində görülən işlər, əldə olunan nəticələr Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş müzakirə olunub: “Belə ki, ötən il ərzində iqtisadiyyatda inkişaf meyilləri müşahidə olunub, ən başlıcası, əhalinin sosial təminatı ilə əlaqədər hökumətin müəyyənləşdirdiyi layihələr ardıcıl surətdə həyata keçirilib və bu sahədə hər hansı layihə təxirə salınmayıb. Bu, 2015-ci ilin bütövlükdə dəyərləndirilməsi ilə əlaqədar istinad edəcəyimiz ən güclü arqumentlərdən biridir. Prezidentimizin siyasətində sosial məsələlər mühüm əhəmiyyət kəsb edir və bu baxımdan da 2015-ci ildə nəzərdə tutulan proqramlar ardıcıl surətdə yerinə yetirilib. 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunmuşdu və bu il çərçivəsində də kənd təsərrüfatının inkişafı üçün mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsində də il ərzində bu sahədə də inkişaf baş verib. Görülən işlər əsasında gələcəkdə kənd təsərrüfatının iqtisadiyyatımızda daha önəmli yer tutması üçün ciddi bir bazanın yaradılması haqda fikir bildirmək mümkündür. Bütövlükdə, abadlaşma, müasirləşmə sahəsində siyasət ötən il də davam edib. Uğurları təkcə Bakıda deyil, regionlarda da görünməkdədir”.
Əli Əhmədov qeyd edib ki, ötən il ərzində Azərbaycanın müasirləşməsi, modernləşməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi istiqamətində uğurlu siyasət həyata keçirilib. Onun sözlərinə görə, ötən il Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizin böyük uğurlarından biridir: “Bu hadisə Avropanın nəzərində Azərbaycanın inkişaf etmiş ölkə kimi qəbul olunmasının nəticəsidir. Oyunların yüksək səviyyədə keçirilməsi isə ölkəmizin nə qədər böyük potensiala malik olduğunu bir daha təsdiqlədi, ölkəmizi dünyaya daha yaxşı təqdim etmək üçün vasitə oldu”.
“2015-ci ilin mühüm hadisələrindən biri də parlament seçkiləri oldu. Bu seçkilərdə xalqımız bir daha Prezident İlham Əliyevin siyasətinə səs verdi. Yeni Azərbaycan Partiyası mütəşəkkil qaydada seçki kampaniyası həyata keçirdi və qələbə qazandı. Seçki kampaniyasının uğurlu olmasında təbii ki, partiyanın rayon və şəhər təşkilatlarının fəaliyyətinin də böyük rolu var. Seçki kampaniyasında yerli strukturlarımız səmərəli fəaliyyət göstərdilər, partiyamızın qələbəsi üçün fədakarlıqla çalışdılar. İnanırıq ki, yerli strukturlarımız bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacaqlar”, - deyə YAP-ın Sədr müavini vurğulayıb.
Əli Əhmədov qarşıda duran vəzifələrlə əlaqədər partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

