Azərbaycanın Baş naziri ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb
26.01.2016 [10:22]
Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tseretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son illər xeyli inkişaf etmiş Azərbaycan iqtisadiyyatının ölkə əhalisinin sosial problemlərinin həllində, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola diqqəti çəkən Baş nazir Artur Rasizadə ölkəmizin bütün beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə əməkdaşlığa açıq olduğunu xatırladıb. Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylərin daha da artırılmasının və real addımlar atılmasının vacibliyini nəzərə çatdıran Baş nazir bütün regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında Ermənistanın tutduğu qeyri-səmimi və qeyri-konstruktiv mövqeyin ATƏT rəhbərliyi tərəfindən nəzərə alınmasının zəruriliyini qeyd edib. Baş nazir Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatlar tərəfindən ikili yanaşmanın olduğunu da təəssüflə bildirib.
Ölkəmizə səfərin məqsədi barədə Baş nazirə ətraflı məlumat verən ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Tsereteli Azərbaycanın Avropa üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin uzanmasından, xüsusən son dövrlər cəbhə xəttində gərginliyin artmasından narahatlığını ifadə edən qonaq ATƏT-in Azərbaycanla əlaqələrində münasibətlərin daha da təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəslədiyini vurğulayıb.
Görüşdə Avropa dəyərləri kontekstində mövcud problemlərə yeni yanaşmanın zəruriliyi və digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

