/ / Gintaras Visotskas: Qonşuların torpaqlarını tutan təcavüzkar separatçı qüvvələri dayandırmağın vaxtı yetişib
Gintaras Visotskas: Qonşuların torpaqlarını tutan təcavüzkar separatçı qüvvələri dayandırmağın vaxtı yetişib
05.02.2016 [09:29]
Litvanın www.slaptai.lt portalında məşhur jurnalist, həmin portalın rəhbəri Gintaras Visotskasın “Avropada dondurulmuş münaqişələrə üstünlük verənlər çoxdur” sərlövhəli məqaləsi dərc edilib (http://www.slaptai.lt/index.php/gyvenimo-skandalai/10054-europoje-gausu-isaldytu-konfliktu-myletoju.html).
Müəllif Gürcüstan, Ukrayna və Baltikyanı ölkələrdə yaranmış vəziyyəti təhlil edərək vurğulayır ki, Ermənistana tərəfgirlik edən Litva Azərbaycanın Dağlıq Qarabağın qaytarılması səylərini dəstəkləməkdən imtina etməklə əslində kənardan rəhbərlik edilən, qızışdırılan və dəstəklənən, bunun sayəsində Dnestryanı bölgəni Moldovanın, Abxaziyanı isə Gürcüstanın əlindən almış separatçılardan heç nə ilə fərqlənməyən erməni separatçılarını dəstəkləyir.
Gintaras Visotskas Litva Seymində Dağlıq Qarabağla dostluq parlament qrupunu yaratmış Dalya Kuoditeni ikili standartlar yürütməkdə ittiham edir. Dalya Kuoditenin mövqeyi belədir: Ukraynanın ərazi bütövlüyü müqəddəs məsələdir, Azərbaycanın ərazilərinin itirilməsinin isə bizə heç bir dəxli yoxdur.
Jurnalist vurğulayır ki, Litva Seymində D.Kuodite başda olmaqla bugünkü Dağlıq Qarabağla dostluq qrupunun yaradılması, heç şübhəsiz, Litvanın səhvidir.
Gintaras Visotskas yazır ki, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan üçün vacib olan iki qətnamə - Britaniya parlamentarisi Robert Uolterin təqdim etdiyi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və Bosniya və Herseqovina siyasətçisi Militsa Markoviçin təqdim etdiyi “Azərbaycanın sərhədyanı ərazilərinin sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamələr üzrə səsvermə zamanı Litva daha bir səhvə yol verib.
Britaniyalı deputat R.Uolterin qətnaməsində Dağlıq Qarabağın kim tərəfindən işğal edilməsi daha ciddi və konkret göstərilib. Gintaras Visotskas əmindir ki, bu səbəbdən Avropada birləşmiş ermənipərəst qüvvələrin həmin qətnamənin qəbul edilməsinə mane olması gözlənilirdi. Qeyri-rəsmi şəkildə “kəskin” adlanan bu sənəd bəyənilmədi: səsvermədə iştirak edənlərdən 66-sı həmin sənədin lehinə, 70-i əleyhinə səs verdi, 45 nəfər isə bitərəf qaldı.
Məqalə müəllifini maraqlandıran məsələ Fransa, Almaniya və ya Britaniya nümayəndə heyətlərinin yox, məhz Litva nümayəndə heyətinin necə səs verməsidir. Dağlıq Qarabağı işğal etmiş insanlarla dostluğun tərəfdarı olan D.Kuodite və onun həmkarı Birute Vesayte bu qətnaməni dəstəkləməyiblər.
Litvalı jurnalist B.Vesaytenin Avropa Parlamentində səsvermə zamanı hansı motivləri əsas götürməsi ilə maraqlanıb. B.Vesayte Avropa Parlamentinin sosial-demokrat fraksiyanın üzvü kimi bu fraksiyanın qərarını dəstəklədiyini bildirib. Görəsən, avropalı sosialistlərdən ibarət fraksiyanın motivləri nədən ibarətdir?
G.Visotskas əmindir ki, Dağlıq Qarabağa dair danışıqlarda konkret nəticələr əldə etməyə qadir olmayan, münaqişələri yalnız onilliklər boyu dondurmağa çalışan və beləliklə, qonşuların torpaqlarını işğal edən təcavüzkar separatçı qüvvələrə dolayısı ilə şərait yaradan Minsk qrupunu daha prinsipial siyasətçilərlə əvəz etməyin vaxtı yetişib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

