/ / Əfqanıstanın Azərbaycandakı səfirinə daxili işlər orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilib
Əfqanıstanın Azərbaycandakı səfirinə daxili işlər orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilib
06.02.2016 [10:12]
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 5-də Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xalili ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan nazir iki ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlətlərimizin başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə edildiyini vurğulayıb. Nazir Əfqanıstan Prezidentinin ötən ilin sonlarında Azərbaycana səfərinin əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildirib.
Sonra Ramil Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən gərgin vəziyyət, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı, bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşməsi barədə məlumat verib. Qeyd olunub ki, yalnız Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar həyata keçirilib, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin təmini istiqamətində atılmış qətiyyətli addımlar nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti nəzarətə götürülüb.
Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.
Həmçinin bildirilib ki, ölkəmizin sürətli inkişafını şərtləndirən əsas amillərdən olan ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizədə müsbət nəticələrin qazanılması bir tərəfdən şəxsi heyətin peşəkarlığının artırılması, hüquq mühafizə orqanlarının əlaqəli fəaliyyəti, digər tərəfdən yeni informasiya texnologiyalarının geniş tətbiqi nəticəsində mümkün olub. Bu məqsədlə son illər mötəbər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə 6 mindən çox əməkdaş iştirak edib.
Problemlərə də toxunan nazir terrorizmin əfqan xalqına böyük bəlalar gətirdiyini, ölkəmizin də bundan xeyli əziyyət çəkdiyini xatırladıb. Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotik qaçaqmalçılığı ilə mübarizənin həmişə diqqət mərkəzində saxlanıldığını, belə qlobal xarakterli təhlükələrə qarşı səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Göstərilən istiqamətdə iki ölkənin müvafiq strukturları arasında saziş layihəsinin hazırlanaraq aidiyyəti orqanlara təqdim edildiyi səfirin nəzərinə çatdırılıb.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir Mohammad Taqi Xalili dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əməkdaşlıqdan məmnun qaldığını bildirib. O, hələ 20 il öncə tələbə ikən bir müddət ölkəmizdə olduğunu, ötən illər ərzində Azərbaycanın inanılmaz dərəcədə dəyişərək gözəlləşdiyini və inkişaf etdiyini, sabitlik, təhlükəsizlik baxımından dünyanın qabaqcıl dövlətlərinə nümunə ola biləcəyini bildirib. Səfir diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

