Daxili işlər naziri Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
11.02.2016 [09:56]
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 10-da Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon İcra Hakimiyyətində keçirilən görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, köklü iqtisadi islahatların zəruriliyinə dair proqram xarakterli nitqindən irəli gələn yeni vəzifələr və onların həlli yolları geniş müzakirə edilib.
Nazir Ramil Usubov tədbirin Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən keçirildiyini, son günlər respublikamızın bütün bölgələrində açıq və qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutan görüşlərdə əsas məqsədin yerli iqtisadiyyatın və sahibkarlığın inkişafı istiqamətində vətəndaşları narahat edən problemlərin öyrənilməsi, onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi, əhalinin məşğulluğuna əməli kömək göstərilməsi olduğunu bildirib.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən abadlıq, quruculuq işləri və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Sonra Ramil Usubov geniş məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında sahibkarlığın inkişafı, bürokratik əngəllərin aradan qaldırılması, respublikamızın iqtisadi və maliyyə təhlükəsizliyinin təmin edilməsi və digər sahələrdə qarşıya qoyduğu vəzifələr barədə danışıb.
Nazir qazanılan bütün uğurların əsasında ölkəmizdə ictimai-siyasi sabitliyin dayanması barədə Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi fikri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ramil Usubov Prezident İlham Əliyev tərəfindən dövlət qurumlarının və icra strukturlarının qarşısında iş adamları üçün lazımi şəraitin yaradılmasının ümdə vəzifə kimi qoyulduğunu, kənd təsərrüfatında, sənayedə, biznes mühitində daha çevik idarəetmə mexanizmlərinin tətbiq edildiyini, sahibkarlığın inkişafına maneələrin qanunvericilik səviyyəsində aradan qaldırıldığını, kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib.
Daxili işlər naziri Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin nəticələrinə həsr olunmuş iclaslarda dövlətimizin başçısının iqtisadi inkişaf templərinin daxili resurslar, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları hesabına 2016-cı ildə də təmin edilməsi, dövlət vəsaitlərinin xərclənməsində israfçılığın qarşısının alınması, ciddi maliyyə, ictimai, dövlət nəzarətinin olması, ictimai nəzarət mexanizmlərinin işə salınması, inhisarçılığa, bürokratiyaya, korrupsiyaya və rüşvətxorluğa qarşı davamlı mübarizə aparılmasına dair ciddi tapşırıqlar verdiyini xatırladıb.
Nazir bu istiqamətdə önəmli məsələlərdən biri kimi bankların sahibkarlara güzəştli kreditlər verməsinin, iri fermer təsərrüfatlarının yaradılmasının, pambıq istehsalında həmişə öndə olan Bərdədə bu sahənin inkişafının, rayonda pambıqtəmizləmə zavodlarının, əyirici kombinatların, toxuculuq fabriklərinin tikilməsinin, Qarabağ bölgəsində ənənəvi sənət növlərindən biri kimi xalçaçılığın bərpasının, yerli icra orqanlarının öz işlərini məqsədyönlü qurmalarının, təşəbbüskar olmalarının vacibliyini, icra qurumlarının bundan sonrakı fəaliyyətinə qiymətin məhz investisiya cəlbi və büdcədən asılılığı aradan qaldırmaq bacarığına görə veriləcəyini bildirib.
R.Usubov əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin böyük səyləri, ölkəmizin güclü iqtisadi-maliyyə potensialı, iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulmuş hədəflərə nail olunmasına, o cümlədən Bərdə rayonunun da inkişafının stimullaşdırılmasına və əhalinin məşğulluğunun artırılmasına əlverişli zəmin yaradacaq.
Görüşdə çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri Prezident İlham Əliyevin antiböhran tədbirlərini, yerlərdə biznes mühitinin inkişafına yönəlmiş qətiyyətli addımlarını dəstəklədiklərini bildirib, bu istiqamətdə bəzi arzu və təkliflərini səsləndirib, göstərilən ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Daxili işlər naziri Ramil Usubov görüşdə səslənmiş təklif və müraciətlərin aidiyyəti üzrə baxılıb həllinə kömək göstəriləcəyini bildirib.
Görüşdə Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

